Hadisə

Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

9 Sentyabr 2026, 06:5067
Reklam728x90
Reklam320x100

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda olub.

Belə ki, “KİA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

Hadisə nəticəsində 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

***

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub.

Bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

Ölən şəxslər Zərdab rayon Məmmədqasimli kənd sakinləri , bir ailənin üzvləridir.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.





Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600