17 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Avropa Şurasının sədri Qara dənizdə təhlükəsizlik zonası yaratmağa çağırır

Sentyabr 5, 2025
Dünya
A A

Avropa İttifaqının (Aİ) dəstəyi üç ildən artıq davam edən müharibəyə baxmayaraq, Ukraynanın öz suverenliyini qorumasına kömək etdi.

Avropa.info xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta Bolqarıstana səfəri çərçivəsində Bolqarıstanın Baş naziri Rosen Jelyazkovla birgə keçirdiyi brifinqdə bəyan edib.

Koşta Bolqarıstanın Şengen zonasına və Avrozonaya qoşulmasını məmnunluqla qarşıladığını bildirib.

O, Parisdə keçirilmiş “İstəkli Koalisiya” liderlərinin sammitini xatırladaraq qeyd edib ki, 26 ölkə Ukraynanın təhlükəsizliyi naminə səylərini birləşdirmək barədə razılığa gəlib. Bununla belə, hər bir ölkə bu prosesdə iştirak formasını özü müəyyən edəcək.

Şura sədrinin sözlərinə görə, Aİ Ukrayna Silahlı Qüvvələrinin hazırlığı və təlimləri üzrə missiyasını genişləndirəcək, eləcə də Ukraynanın müdafiə sənayesini dəstəkləməyə davam edəcək.

“Aİ-nin dəstəyi Ukraynanın suverenliyini üç ildən artıq davam edən müharibəyə rəğmən qorumasına kömək etdi. Bolqarıstan bu prosesə mühüm töhfə verib. Hərbi yardım, dəstək, təcrübə və Bolqarıstanın regional biliyi bizim səylərimizdə açar rol oynayır”, – Koşta bildirib.

Koşta Avropanın hibrid təhlükələrə qarşı mübarizə üçün alətlər hazırlamaq borcunda olduğunu qeyd edib.

“Rusiya Avropa ərazisində də hibrid hücum metodlarından istifadə edir. Kiberhücumlar, infrastrukturun dağıdılması və demokratiyanı sarsıtmaq cəhdləri təkcə Ukraynada deyil, ondan kənarda da müşahidə olunur”, – deyə o əlavə edib.

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov isə Qara dəniz regionundakı təhlükəsizlik problemlərinə diqqət çəkib.

“Bolqarıstan Rumıniya və Türkiyə ilə birlikdə Qara dəniz təhlükəsizlik zonası yaratmaq niyyətindədir”, – o bildirib.

Onun sözlərinə görə, Aİ-nin müdafiə və təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi Bolqarıstan üçün “xüsusi əhəmiyyət” daşıyır.

“Son illərdə müşahidə etdiyimiz aqressiv hərəkətlərin qarşısını almağın yeganə yolu müdafiə qabiliyyətidir. Ukraynanın davamlılığı və rifahı Avropada uzunmüddətli sülhün və rifahın təminatıdır. Qara dəniz regionu inteqrasiya və enerji müstəqilliyi baxımından böyük əhəmiyyətə malikdir. Aqressiya göstərdi ki, enerji, ticarət və humanitar təhlükəsizlik məsələləri təzyiq vasitəsi kimi istifadə oluna bilər. Qara dəniz təcrid olunmuş hövzə kimi deyil, Avropanın daha geniş təhlükəsizlik sisteminin ayrılmaz hissəsi kimi nəzərdən keçirilməlidir”, – deyə baş nazir vurğulayıb.

Koşta Aİ-yə üzv ölkələrin paytaxtlarına ardıcıl səfərlərini davam etdirir. Səfərlərin məqsədi gündəmdəki aktual məsələlər üzrə fikir mübadiləsi aparmaqdır.

Əvvəlki Yazı

Quldurluq və soyğunçuluq edən şəxs saxlanıldı

Növbəti Yazı

Bəşər Əsəd ailəsinə məxsus lüks avtomobillər hərraca çıxarıldı

XƏBƏR LENTİ

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

16 Mart 2026 / 23:39
4
“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın   kitab təqdimatı keçirilib-Foto

“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın  kitab təqdimatı keçirilib-Foto

16 Mart 2026 / 14:46
6
Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

16 Mart 2026 / 14:27
5
Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

16 Mart 2026 / 14:22
5
Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

16 Mart 2026 / 14:15
5
Reklamlarda dil eroziyası və kimlik problemi

Reklamlarda dil eroziyası və kimlik problemi

16 Mart 2026 / 13:16
9
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

16 Mart 2026 / 12:39
4
Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

16 Mart 2026 / 10:19
44
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

16 Mart 2026 / 10:08
107
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
20
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
25
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
30
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
24
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
8
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
11
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
28
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
22
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
19
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
27
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
26
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
17
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
28
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
38
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
123
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
45
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
9
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
32
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
8
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
10
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.