Siyasət

AMİP rəhbərliyi Brüsseldə “BDİ-2005” Forumunda

15 May 2025, 13:4487
Reklam728x90
Reklam320x100

Azərbaycan Milli İstiqlal partiyasının sədri Arzuxan Əlizadə, sədrin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev və AMİP Qadınlar Təşkilatının sədr müavini İlhamə Əliyeva Beynəlxalq Demokrat İttifaqının “BDİ-2005” Forumunda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.

Avropa.info xəbər verir ki, Forumda dünyanın sağ mərkəz partiyalarının rəhbərləri, keçmiş və hazırkı hökumət və dövlət başçıları, Avropa parlamentinin rəhbərliyi və deputatları, Avropa İttifaqı komissarları, eləcə də media rəhbərləri və siyasətçilər iştirak edirlər.

Forumda həmçinin ABŞ Respublikaçılar partiyasının rəhbərliyi, senatorlar və konqresmenlər də iştirak edir.

Forumun əsas müzakirə mövzuları dünyada mövcud olan iqtisadi problemlər, Rusiya Ukrayna müharibəsi, Avropanın təhlükəsizlik məsələləri və s.-dən ibarətdir.

May ayının 16-da isə Beynəlxalq Demokrat İttifaqının hər üç ildən bir keçirilən növbəti qurulatayı olacaqdır. Qurultayda BDİ-nin sədrliyinə və digər rəhbər orqanlara seçkilər keçiriləcək.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600