Siyasət

Almaniya, Fransa və İngiltərə İranla Cenevrədə danışıqlar aparmaq istəyir

19 İyun 2025, 07:0634
Reklam728x90
Reklam320x100

Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin sabah İsveçrənin Cenevrə şəhərində İran xarici işlər naziri ilə görüşmək istədikləri bildirilib.

Avropa.info-nun məlumatına görə Almaniya Mətbuat Agentliyi (DPA)  Xarici İşlər Nazirliyindəki  mənbələrə istinadən xəbər verir  ki, Almaniya, Fransa  və  İngiltərə xarici işlər nazirləri  sabah  Cenevrədə İranın xarici işlər naziri Abbas Erakçi  ilə görüşmək istəyirlər .

Almaniyanın  xarici işlər naziri Johann Wadephul Berlində fransalı həmkarı Jean-Noel Barrot, britaniyalı həmkarı David Lammy və  Avropa İttifaqının  (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə telefonda Erakçiyə danışıqlar təklifi etdiyini açıqlayıb.

Wadephul həll yolu üçün danışıqlara hazır olduqlarını bildirib, lakin əlavə edib ki, Tehran təcili tədbirlər görməlidir və “etimad yaradan və yoxlanıla bilən tədbirlər” görməlidir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600