Siyasət

ABŞ və AB İsrailə qarşı tədbir görür:Sazişə yenidən baxılır

21 May 2025, 08:5411
Reklam728x90
Reklam320x100

Avropa Birliyi Qəzzada baş verən müharibə ilə əlaqədar İsraillə ticarət assosiasiyası haqqında sazişə yenidən baxılması barədə qərar qəbul edib. Bundan əlavə, bəzi AB ölkələri İsrailə təzyiqləri artırıb.

Avropa.info xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.

Qeyd olunur ki, İrlandiya və İspaniya liderləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə İsraillə ticarət assosiasiyası sazişinə yenidən baxmaq çağırışını təxminən 15 ay əvvəl etmişdilər. Qəzza zolağında humanitar böhranın daha da dərinləşməsi fonunda ötən gün AB ölkələrinin xarici işlər nazirləri həmin sazişi müzakirə ediblər.

Eyni zamanda bildirilir ki, ABŞ Prezidenti Donald Tramp da İsrailin Fələstin əleyhinə hərbi əməliyyatları dayandırmamasından narahatdır.

Qeyd edək ki, ötən gün Böyük Britaniya hökuməti İsraillə azad ticarət danışıqlarını dayandırıb və İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə yeni sanksiyalar tətbiq edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600