Siyasət

Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq

2 Fevral 2025, 13:0611
Reklam728x90
Reklam320x100

Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq.

Avropa.info xəbər verir ki, bu barədə Pakistanın “Dawn” nəşri məlumat yayıb.

Məlumata görə, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Müvafiq investisiya sazişləri Pakistan Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq:

“Hazırda Bakıda Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, Baş nazir Şahbaz Şərif bu ay Mərkəzi Asiya ölkələrinə səfər edəcək və Pakistanda investisiya qoyuluşu üçün Azərbaycanla 2 milyard dollar dəyərində sazişlər imzalanacaq”.

Qəzet qeyd edib ki, əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir.

Xatırladaq ki, ötən gün SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Alim Xanla görüşmüşdü

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600