13 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Seymur Verdizadə: Əsassız söz-söhbətlərlə insanları ruhdan salmaq lazım deyil

Sentyabr 20, 2024
Cəmiyyət, Redaktorun Seçimi
A A
“Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik. Hələ də əksəriyyətimizin bu arzusu həyata keçməyib. Çünki bu günə kimi işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunan məcburi köçkünlərin sayı 10 min nəfərə çatmayıb. Yüz minlərlə insan hələ də doğma yurda qovuşmaq həsrəti ilə yaşayır”. 
Avropa.info xəbər verir ki, bu sözləri “Sherq.az”a  açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
 
Jurnalist işğaldan azad olunmuş ərazilərdə yaşayan keçmiş məcburi köçkünlərə dövlət tərəfindən verilmiş evlərlə bağlı yaranmış ajiotajdan narahat olduğunu bildirib. Seymur Verdizadə söyləyib ki, bu cür hallar kütləvi deyil:
 
“Ola bilsin ki, 3-4 nəfər məcburiyyət qarşısında qalaraq evini kənar şəxslərə kirayə verib. Həmin adamlar bu addımı niyə atıb? Bunu araşdırmaq lazımdır. Kim doğma evini kirayə verib özgəsinin evində kirayə qalar?! Bəlkə də, həmin adamların məşğulluğu təmin olunmayıb. Bəlkə də onlar ehtiyac üzündən bu addımı atıblar. Buna görə də, işğaldan azad olunmuş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin məşğulluq səviyyəsi yüksəldilməlidir. Qarabağa köçürülən hər bir məcburi köçkün işlə təmin olunmalıdır. Sosial problemlər həll olunsa, heç bir məcburi köçkün evini başqa adamlara kirayə verməz”.
 
Jurnalist təklif edib ki, işğaldan azad olunmuş ərazilərdə yeni kəndlər, qəsəbələr, şəhərlər inşa olunarkən, mütləq orada yaşayacaq əhalinin rəyi nəzərə alınmalı, bu məsələdə ictimai nəzarət təmin olunmalıdır: 
“Niyə yaşayacağımız evlərin təməli qoyulanda, divarı hörüləndə, damı vurulanda biz bunu müşahidə etməməliyik? Axı orada ev tikən, yol çəkən inşaatçılar deyil, biz yaşayacağıq. Həmin adamların deyil, bizim zövqümüz əsas götürülməlidir”.
 
Seymur Verdizadə qeyd edib ki, onun və ailə üzvlərinin ən böyük arzusu doğulduğu Cəbrayıl rayonunun Soltanlı kəndinə getmək, ata yurdunun çırağını yandırmaqdır:
“Əsassız söz-söhbətlərlə insanları ruhdan salmaq lazım deyil. Biz elliklə Qarabağa qayıdıb, ermənilərin viran qoyduğu torpaqları birlikdə cənnətə çevirəcəyik”.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Sus kəndinə qayıdan məcburi köçkünlərin evlərini kirayə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət proqramına əsasən, Komitə məcburi köçkünlərin köçürülməsi ilə məşğul olur.
“Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahələrinin istismarı qaydalarını yoxlamaq Dövlət Komitəsinin səlahiyyətində deyil”, – qeyd olunub.
Əvvəlki Yazı

Partlayan peycerlərin istehsalında Norveç və Bolqarıstan şirkətləri də iştirak edib?

Növbəti Yazı

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi

XƏBƏR LENTİ

Kəlbəcər rayonunda mina partlayıb – Xəsarət alan var

Kəlbəcər rayonunda mina partlayıb – Xəsarət alan var

13 Avqust 2026 / 20:43
7
İran: Heç bir gəmi İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan Hörmüz boğazından keçə bilməz

İran: Heç bir gəmi İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan Hörmüz boğazından keçə bilməz

13 Avqust 2026 / 20:01
7
 İsrail ordusu İordan çayının qərb sahilindən zorla təxliyə edilən fələstinlilərə məxsus 16 evi ələ keçirib

 İsrail ordusu İordan çayının qərb sahilindən zorla təxliyə edilən fələstinlilərə məxsus 16 evi ələ keçirib

13 Avqust 2026 / 16:23
1
Kənd Təsərrüfatı Nazirliyi Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

Kənd Təsərrüfatı Nazirliyi Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

13 Avqust 2026 / 16:15
9
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

Türkiyə Milli Müdafiə Nazirliyi: Məkkə müqaviləsi ilə hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsi planlaşdırılır

13 Avqust 2026 / 13:54
7
Bloomberg: Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb

İran rəsmisindən açıqlama: “İsrail və ABŞ gəmiləri Hörmüz boğazından keçə bilməyəcək

13 Avqust 2026 / 13:10
16
Fransanın 50 əyalətində meşə yanğını təhlükəsi səbəbindən narıncı həyəcan elan edilib

Fransanın 50 əyalətində meşə yanğını təhlükəsi səbəbindən narıncı həyəcan elan edilib

13 Avqust 2026 / 13:05
14
İranın xarici işlər naziri Trampa xəbərdarlıq edib: “Hörmüz boğazında daha böyük səhvə yol verməyin

İranın xarici işlər naziri Trampa xəbərdarlıq edib: “Hörmüz boğazında daha böyük səhvə yol verməyin

13 Avqust 2026 / 13:00
16
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

“Məkkə sazişi”nə İran da qoşulur?-Vüqar Dadaşov yazir

13 Avqust 2026 / 12:53
108
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

13 Avqust 2026 / 12:43
3
Ukrayna İrana məxsus yük maşınını vurub

Ukrayna İrana məxsus yük maşınını vurub

13 Avqust 2026 / 12:31
2
Rusiya İstintaq Komitəsi Başqırdıstanda logistika mərkəzinə hücumdan sonra terrorla bağlı cinayət işi açıb

Rusiya İstintaq Komitəsi Başqırdıstanda logistika mərkəzinə hücumdan sonra terrorla bağlı cinayət işi açıb

13 Avqust 2026 / 12:15
12
Odessada dəhşət: PUA sərnişin qatarını vurdu -Ölənlər var

Odessada dəhşət: PUA sərnişin qatarını vurdu -Ölənlər var

13 Avqust 2026 / 12:01
10
Zelenski yeni sülh planını ABŞ-a təhvil verib

Zelenski yeni sülh planını ABŞ-a təhvil verib

13 Avqust 2026 / 11:49
13
Rusiya mediası Türkiyəyə sərt reaksiya verib

Rusiya mediası Türkiyəyə sərt reaksiya verib

13 Avqust 2026 / 11:31
20
Prezident İlham Əliyev:”Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir”

Yeganə Hacıyeva:”Qeyd edim ki, Prezidentin açıqlamalarında konkret rəqəmlərin səsləndirilməsi təsadüfi deyil”

13 Avqust 2026 / 11:19
18
Dilqəm Əsgərov oğluna xəsarətlər yetirib-Video

Dilqəm Əsgərov oğluna xəsarətlər yetirib-Video

13 Avqust 2026 / 11:13
1
Rusiya və Çin səfirləri bəyan ediblər ki, ölkələr arasında tərəfdaşlıq heç kimə qarşı yönəlməyib

Rusiya və Çin səfirləri bəyan ediblər ki, ölkələr arasında tərəfdaşlıq heç kimə qarşı yönəlməyib

13 Avqust 2026 / 10:34
1
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir- Fotolar

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir- Fotolar

13 Avqust 2026 / 10:24
6
Rusiya Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya ərazisi üzərində Ukraynanın 362 pilotsuz təyyarəsini məhv edib

Rusiya Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya ərazisi üzərində Ukraynanın 362 pilotsuz təyyarəsini məhv edib

13 Avqust 2026 / 10:06
1
Yevlax rayonunda ağır qəza: 2 nəfər öldü

Yevlax rayonunda ağır qəza: 2 nəfər öldü

13 Avqust 2026 / 10:02
6
Keçmiş deputat saxlanildi

Keçmiş deputat saxlanildi

13 Avqust 2026 / 9:55
8
Yaponiya XİN Rəhbəri Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib

Yaponiya XİN Rəhbəri Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib

13 Avqust 2026 / 9:49
6
Başqırdıstanın Salavat sənaye zonasına pilotsuz təyyarənin qalıqları düşüb və yanğın baş verib

Başqırdıstanın Salavat sənaye zonasına pilotsuz təyyarənin qalıqları düşüb və yanğın baş verib

13 Avqust 2026 / 9:41
8
Streamer Fasoollka Qazaxıstandan qovulub: səbəb nədir

Streamer Fasoollka Qazaxıstandan qovulub: səbəb nədir

13 Avqust 2026 / 9:36
5
Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Masazır qəsəbəsində bıçaqlanan şəxs xəstəxanada öldü

13 Avqust 2026 / 9:25
17
Qaradağ ərazisində dənizdə 2 qadın batib

Mingəçevirdə Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

13 Avqust 2026 / 9:16
8
Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

13 Avqust 2026 / 9:14
6
Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

13 Avqust 2026 / 8:57
11
Zelenski Kiyev bölgəsinə edilən hücumlarda ölənlərin sayının 17-yə yüksəldiyini açıqlayıb

Zelenski ABŞ-dan daha çox Patriot raketləri tələb edib

13 Avqust 2026 / 8:19
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.