Dünya

Şahzadə Uilyam və həyat yoldaşı şahzadə Keytin evindən oğurluq cəhdi

25 Noyabr 2026, 10:29195
Reklam728x90
Reklam320x100

 

İngiltərədə Uels şahzadəsi Uilyam və onun həyat yoldaşı Uels şahzadəsi Keyt Middltonun İngiltərənin Norfolk şəhərindəki evinə oğurluq məqsədi ilə girməyə cəhd edən iki nəfər şübhəli bilinərək saxlanılıb.

Avropa.info xəbər verir ki, Ölkə mətbuatında yer alan xəbərlərdə, Norfolk polisinin Şahzadə Uilyam və Şahzadə Keytin Sandringham şəhərciyindəki Anmer Hall iqamətgahında şübhəli fəaliyyətin aşkar edildiyi xəbəri üzərinə hərəkətə keçdiyi bildirildi.

Xəbərdə 23 Noyabr bazar ertəsi yerli vaxtla saat 18:00 radələrində xəbərdar edildiyi və bölgəyə göndərilən polis qruplarının axtarış işlərində öyrədilmiş itlər, pilotsuz uçuş aparatları və helikopterlərdən istifadə etdiyi bildirilib.

Polis, 2 nəfərin oğurluq və kampusun içərisinə soxulmaqda şübhəli bilinərək saxlanıldığını və şübhəlilərin hələ də saxlanıldığını açıqladı.

Açıqlamada hadisə zamanı evin boş olduğu, Şahzadə Uilyam və Şahzadə Keytin 3 uşağının Windsordakı evlərində olduğu bildirilib.

Digər tərəfdən Kensinqton Sarayı təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verməyəcəyini bildirib.

2011-ci ildə toydan sonra İngiltərə kraliçası II Yelizaveta tərəfindən cütlüyə hədiyyə edilən 10 yataq otağı olan Anmer Hall, Şahzadə Uilyam və Şahzadə Keyt tərəfindən bayram və həftə sonları bağ evi kimi istifadə olunur.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600