Dünya

İngiltərədə həddindən artıq istilər 5 min 258 insanın həyatına son qoyub

25 Noyabr 2026, 08:3489
Reklam728x90
Reklam320x100

 

İngiltərədə bu yay həddindən artıq istilər səbəbindən 5258 nəfərin öldüyü təxmin edildiyi və bu rəqəmin 2016-cı ildən bəri qeydə alınan “ən yüksək səviyyə” olduğu bildirildi.

Avropa.info xəbər verir ki, İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) etdiyi yazılı açıqlamada 2026-cı ilin may-sentyabr ayları arasında həddindən artıq istilər səbəbiylə ölümlərlə bağlı hazırlanan hesabatın nəticələri paylaşılıb.

Hesabatda İngiltərədə bu yay həddindən artıq istilər səbəbiylə 5258 adamın öldüyü təxmin edildiyi və bu rəqəmin 2016-cı ildə qeydlər aparılmağa başladığından bəri ən yüksək səviyyəyə çatdığı ifadə edildi.

Hesabatda istidən ölənlərin sayının 2022-ci ildə 2 min 985, 2023-cü ildə 2 min 295, 2024-cü ildə 1311, 2025-ci ildə isə 1504 olduğu xatırladılıb və bu ilki rəqəmin 2022-ci ildəki rekorddan təxminən iki dəfə çox olduğu qeyd edilib.

Hesabatda ən çox ölümün 21-28 iyun 2026-cı il tarixləri arasında həddindən artıq isti dövrdə baş verdiyi və bu dövrdə 2401 nəfərin ölümünün istilərlə əlaqəli olduğu təxmin edildiyi bildirilib.

İyul ayı ən quraq ay kimi qeydə alınıb

Bundan əlavə, hesabatda ekstremal temperaturların müddəti, tezliyi və şiddətinin iqlim dəyişikliyi ilə artacağı gözlənilir və insanların sağlamlığının qorunması üçün uzunmüddətli uyğunlaşma tədbirlərinin vacibliyi vurğulanıb.

Bu il İngiltərədə ard-arda 5 istilik dalğası yaşanıb və şiddətli quraqlıq peyk görüntülərində əks olunub. Ölkənin bir çox bölgələrində 2 aydan artıqdır ki, əhəmiyyətli yağışlar yağmayıb.

2026-cı ilin iyul ayı rekordların ən quraq dövrü olsa da, bütün paytaxt London da daxil olmaqla İngiltərə və Uelsin 71,3 faizində quraqlıq elan edilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600