07 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

Oktyabr 6, 2026
Siyasət
A A

İsrail-Fələstin və İsrail-İran müharibələri fonunda, xüsusilə BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsinin Azərbaycana qarşı siyasi ittihama çevrilməsi göstərir ki, məsələ heç də Fələstinlə bağlı deyil. Bu kampaniya Azərbaycan–Türkiyə müttəfiqliyinə qarşı, həmçinin Azərbaycan–İran münasibətlərinin gərginləşdirilməsinə yönəlmiş siyasi məqsəd daşıyır. Fələstin məsələsinə İslam həmrəyliyi kontekstində yanaşmanı tarixi yaddaş və yaxın keçmişə baxış mümkünsüz edir.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi analitik Vüqar Dadaşov BMT-dəki diplomatik qalmaqalı və Fələstinin tarixi siyasətini dəyərləndirərkən bildirib.

“Fələstinin Türkiyəyə qarşı tarixi xəyanətləri və terror təşkilatlarına dəstəyi”

Ekspert Fələstinin Türkiyəyə və Türk dünyasına qarşı atdığı tarixi və siyasi addımları konkret faktlarla xatırladıb:

“1970-1980-ci illərdə Fələstin Azadlıq Təşkilatının (FAT) Livanın Bəkaa vadisindəki düşərgələrində PKK üzvlərinə hərbi təlim keçirilib, sığınacaq və logistik dəstək verilib. 1982-ci ildə İsrailin Livana hücumu zamanı PKK yaraqlıları FAT sıralarında döyüşmüşdür. Fələstin, xüsusilə Mahmud Abbas administrasiyası BMT-də Kipr məsələsində Yunanıstan və Yunan Kiprinin mövqeyini müdafiə etmişdir. Həmçinin Mahmud Abbas Pekinə səfəri zamanı Çinin Sincan-Uyğur türklərinə qarşı siyasətinə açıq dəstək vermişdir.

Şərqi Aralıq dənizində Fələstin Türkiyənin ikitərəfli dəniz sərhədi sazişi təklifini rədd edərək, Türkiyəni kənarda saxlayan Şərqi Aralıq Dənizi Qaz Forumuna (EMGF) təsisçi üzv kimi qoşulmuşdur. Türkiyənin Suriyanın şimalında keçirdiyi ‘Barış Pınarı’ əməliyyatı zamanı Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb. Tarixə nəzər salsaq, 1916-cı ildə Məkkə şərifi Hüseyn bin Əli Britaniya kəşfiyyatçısı T. E. Lourensin təşkilatçılığı ilə Osmanlıya qarşı üsyan qaldırdı. Üsyan və sonrakı döyüşlərdə minlərlə Osmanlı əsgəri öldürüldü və əsir götürüldü. 1918-ci ildə Şamın tutulması zamanı hərbi xəstəxanalardakı yaralı türk əsgərləri kütləvi şəkildə qətlə yetirildi və ağır işgəncələrə məruz qaldı. Bu vəhşiliklər Lourensin xatirələrində də təsdiqini tapmışdır. Türkiyə mənbələri müharibə dövründə 15 mindən çox Osmanlı əsgərinin işgəncələrlə kor edildiyini sənədləşdirmişdir”.

“Erməni terroruna dəstək və Köçəryanın şərəfinə buraxılan poçt markası”

Başqan müavini Fələstinin Azərbaycana qarşı düşmənçilik xəttini və erməni separatizminə verdiyi dəstəyi xüsusi vurğulayıb:

“Fələstinin Azərbaycana xəyanəti 1970-1980-ci illərdə Livandakı Fələstin düşərgələri ilə erməni silahlı təşkilatlarının yaradılması tarixindən başlayır. ASALA və digər erməni terror təşkilatlarının, həm də FAT düşərgələrində hərbi hazırlıq keçməsi, Monte Melkonyan kimi terrorçunun bu təcrübədən sonra Azərbaycana qarşı Qarabağ müharibəsində iştirakı inkaredilməz faktlardandır. Xocalı soyqırımının əsas təşkilatçısı və icraçılarından olan Robert Köçəryanın şərəfinə 1998-ci ildə Fələstində poçt markasının buraxılması, Fələstin liderləri, xüsusən də Yasir Ərəfat və Mahmud Abbasın Ermənistanla yüksək səviyyəli siyasi əlaqələri və ermənilərə açıq həmrəyliyi müsəlman Fələstinin müsəlman Azərbaycan ərazilərini işğal edən xristian Ermənistana dəstəyi – İslam həmrəyliyi tarixinin ən utancverici faktı olaraq qalır. Yasir Ərəfat 2000-ci ildə ‘Kemp Devid’ danışıqları zamanı ABŞ-ın BPS kanalına Ermənistan–Azərbaycan münasibətləri barədə açıqlamasında ‘Hə, bundan bizə nə?’ – demişdi. Ermənistan da 2024-cü ildə xristian İsrailin ziddinə Fələstini rəsmən tanıyıb”.

“Azərbaycan-Türkiyə müttəfiqliyini xarici müdaxilələrlə sarsıtmaq mümkün deyil”

MCP rəsmisi Fələstinin “İslam həmrəyliyi” prinsipinə uyğun gəlmədiyini və Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını qeyd edərək fikirlərini yekunlaşdırıb:

“Fələstinin İslama aidiyyətinə gəldikdə isə, dinə görə İslamda müsəlman müsəlmanın qardaşıdır. Fələstin siyasi qüvvələrinin tarixən Osmanlıya qarşı Britaniya ilə, müasir dövrdə isə Azərbaycan və Türkiyə əleyhinə Ermənistanla, Yunanıstanla həmrəyliyi ‘İslam həmrəyliyi’ prinsipinə selektiv yanaşdığını göstərir. Yəni, Fələstin Osmanlıya-Türkiyəyə, Azərbaycana xəyanəti ilə əslində İslam mənsubiyyətini itirib. Fələstin–İsrail konfliktindən pretekst kimi istifadə edərək Azərbaycanı Türkiyədən uzaqlaşdırmaq, İranla münasibətləri gərginləşdirmək, İslam həmrəyliyi ilə qarşı-qarşıya qoymaq cəhdlərinin siyasi sifariş xarakteri şübhəsizdir.

Azərbaycan-Türkiyə münasibətləri təkcə dini həmrəyliyə deyil, etnik-milli bağlılığa, ortaq tarixi yaddaşa və Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə söykənir. Hərbi sahədə 500 milyon dollardan çox müqavilələrin imzalanması və mütəmadi hərbi koordinasiya müttəfiqliyin praktik xarakterini sübut edir. Azərbaycan öz müstəqil milli maraqlarından çıxış edir və bu münasibətləri xarici müdaxilələrlə qarşı-qarşıya qoymaq mümkün deyil”.

Əvvəlki Yazı

Avropa, nəhayət, Zelenskinin yalanlarından üz döndərir: Ukrayna üçün ən təhlükəli siqnal üzə çıxdı

Növbəti Yazı

Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

XƏBƏR LENTİ

Məhəmməd Əsədullazadə:”“Husilərin Bab əl-Məndəb boğazında fəaliyyətinin davam etməsi xüsusilə narahatlıq doğurur”

Məhəmməd Əsədullazadə:”“Husilərin Bab əl-Məndəb boğazında fəaliyyətinin davam etməsi xüsusilə narahatlıq doğurur”

07 Oktyabr 2026 / 12:57
11
Şimali Koreyanın BMT missiyasının səsli poçtu sındırıldı: Sarkastik salamlama mesajı ortaya çıxdı

Şimali Koreyanın BMT missiyasının səsli poçtu sındırıldı: Sarkastik salamlama mesajı ortaya çıxdı

07 Oktyabr 2026 / 9:06
6
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb

07 Oktyabr 2026 / 8:52
15
Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə görüşəcək

Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə görüşəcək

07 Oktyabr 2026 / 7:37
13
Trampdan “İran” mesajı: Bu işi bitirməliyik

Trampdan “İran” mesajı: Bu işi bitirməliyik

07 Oktyabr 2026 / 7:20
7
Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

06 Oktyabr 2026 / 16:49
22
Fransalı Avropa Parlamentinin üzvü Fourreau: Fransa uşaqlarını şikəst edir

Fransalı Avropa Parlamentinin üzvü Fourreau: Fransa uşaqlarını şikəst edir

06 Oktyabr 2026 / 15:07
17
Əhməd Yusifov Prezident İlham Əliyevlə görüşdən paylaşım edib bu sözləri yazdı-Fotolar

Əhməd Yusifov Prezident İlham Əliyevlə görüşdən paylaşım edib bu sözləri yazdı-Fotolar

06 Oktyabr 2026 / 15:00
9
Göyçayda Qeysəriyyə əməliyyatı faciə ilə bitdi: 31 yaşlı Səkinə Yusifovanin ölumundə həkim səhlənkarlığı iddiası ciddi şəkildə araşdırılmalıdır -Yenilənib

Göyçayda Qeysəriyyə əməliyyatı faciə ilə bitdi: 31 yaşlı Səkinə Yusifovanin ölumundə həkim səhlənkarlığı iddiası ciddi şəkildə araşdırılmalıdır -Yenilənib

06 Oktyabr 2026 / 14:51
19
Kiyev israrla müharibəni dayandırmaq üçün ən alçaldıcı ssenariyə doğru sövq edilir: ekspert nəticələrindən məəttəl qalıb

Kiyev israrla müharibəni dayandırmaq üçün ən alçaldıcı ssenariyə doğru sövq edilir: ekspert nəticələrindən məəttəl qalıb

06 Oktyabr 2026 / 14:12
16
Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır”

Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır”

06 Oktyabr 2026 / 13:59
59
Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

06 Oktyabr 2026 / 13:49
17
Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

06 Oktyabr 2026 / 13:40
86
Avropa, nəhayət, Zelenskinin yalanlarından üz döndərir: Ukrayna üçün ən təhlükəli siqnal üzə çıxdı

Avropa, nəhayət, Zelenskinin yalanlarından üz döndərir: Ukrayna üçün ən təhlükəli siqnal üzə çıxdı

06 Oktyabr 2026 / 13:30
5
 Ukrayna Silahlı Qüvvələri Moskva səmasını bağlayıb: Türkiyədən Rusiya Federasiyasının paytaxtına uçan təyyarələr geri qayıdıb

 Ukrayna Silahlı Qüvvələri Moskva səmasını bağlayıb: Türkiyədən Rusiya Federasiyasının paytaxtına uçan təyyarələr geri qayıdıb

06 Oktyabr 2026 / 12:31
2
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:“Ermənistan bir tərəfdən ikitərəfli sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir

06 Oktyabr 2026 / 12:16
48
İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusunda bir ilk: Hücum edən güllələnəcək

İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusunda bir ilk: Hücum edən güllələnəcək

06 Oktyabr 2026 / 10:17
11
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Ənsari: Məkkə razılaşması regional təhlükəsizlik üçün ümidvericidir

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Ənsari: Məkkə razılaşması regional təhlükəsizlik üçün ümidvericidir

06 Oktyabr 2026 / 9:03
12
Kiyevdə partlayışlar baş verib: reaktiv PUA-lar yenidən paytaxtı dəhşətə gətirir, yanğın baş verib

Kiyevdə partlayışlar baş verib: reaktiv PUA-lar yenidən paytaxtı dəhşətə gətirir, yanğın baş verib

06 Oktyabr 2026 / 8:37
14
Moskva yaxınlığında, PUA-nın zərbələrindən sonra Rusiya paytaxtının magistral boru kəməri nəqliyyat qovşağı yanır -Video

Moskva yaxınlığında, PUA-nın zərbələrindən sonra Rusiya paytaxtının magistral boru kəməri nəqliyyat qovşağı yanır -Video

06 Oktyabr 2026 / 8:29
11
Ukrayna dronlari müxtəlif istiqamətlərdən Moskvaya hücum edir: Kapotnyadakı neft emalı zavodu  hücuma məruz qalıb

Ukrayna dronlari müxtəlif istiqamətlərdən Moskvaya hücum edir: Kapotnyadakı neft emalı zavodu  hücuma məruz qalıb

06 Oktyabr 2026 / 8:00
17
Tramp yenidən Rusiyanın müdafiəsinə qalxdı: Nə dedi..

Tramp ABŞ bombardmançılarını mümkün “İran təhdidinə” görə Britaniyadan çıxardıqlarını söylədi

06 Oktyabr 2026 / 7:51
31
Qeysəriyyə əməliyyatından sonra halı pisləşən 31 yaşlı xanım həkim səhvindən öldü

Qeysəriyyə əməliyyatından sonra halı pisləşən 31 yaşlı xanım həkim səhvindən öldü

06 Oktyabr 2026 / 7:40
68
Kəlbəcərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Kəlbəcərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

05 Oktyabr 2026 / 19:03
4
Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

05 Oktyabr 2026 / 18:55
41
Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

05 Oktyabr 2026 / 12:35
23
Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

05 Oktyabr 2026 / 12:05
46
İspaniya erkən seçkilərə gedir

İspaniya erkən seçkilərə gedir

05 Oktyabr 2026 / 11:59
20
Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

05 Oktyabr 2026 / 11:44
20
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

05 Oktyabr 2026 / 11:21
14
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.