ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Qrenlandiya da daxil olmaqla ətraf əraziləri “ABŞ ərazisi” kimi göstərən xəritəni paylaşıb.
Avropa.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Qrenlandiyanı “ABŞ ərazisi” kimi göstərən bir şəkil paylaşıb.
Tramp məsələni sosial media hesabında paylaşıb.
Yazıda ölkənin hazırkı sərhədləri ilə yanaşı Kanada, Meksika, Qrenlandiya və Kuba da daxil olmaqla ətraf bölgələrin “ABŞ ərazisi” olaraq göstərildiyi görülüb.
Sözügedən görüntü Trampın ABŞ-ın Nyu Meksiko əyalətinin adındakı “Mexico” sözünün üstündən xətt çəkilərək “Amerika” ilə əvəz olunduğu xəritəni paylaşmasından sonra ortaya çıxıb.
– Trampın postuna Meksikadan reaksiya
Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı açıqlamasında Trampın paylaşımına reaksiya verib.
Sheinbaum Meksikanın “azad, müstəqil və suveren” bir ölkə olduğunu və “heç bir xarici ölkənin himayəsi altında olmadığını və olmayacağını” bildirdi.





























