Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Türkmənistanda keçiriləcək MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasında iştirak etməyi planlaşdırır.
Avropa.info xəbər verir ki, Nəşrdən məlum olur ki, Paşinyan Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovla telefon danışığı zamanı Ermənistanın iştiraka hazır olduğunu təsdiqləyib.
MDB-nin üzvləri Rusiya, Belarus, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır. Türkmənistan assosiativ üzvdür.
1994-cü ildən icmanın üzvü olan Moldova 2026-cı ilin aprelində çıxmaq qərarına gəlib və 7 aprel 2027-ci ildə çəkilmə prosesini başa çatdıracaq.






























