04 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Sentyabr 3, 2026
Siyasət
A A

Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sosial xidmətin səviyyəsinin yüksəldilməsi, bir sözlə, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 23 ilə yaxın dövr ərzində uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi və hazırda reallıqda öz əksini tapan “Biz neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı özündə əsas məqamları ehtiva edir. Təbii ki, burada söhbət insan amilinə verilən dəyərdən, ölkə əhalisinə göstərilən yüksək diqqət və qayğıdan gedir. Dövlət başçısı İlham Əliyev, həmçinin bu çağırışı da edib ki,  iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəflər regionların malik olduğu potensialdan səmərəli istifadəni bir tələb kimi qarşıya qoydu. Bunun üçün Prezident İlham Əliyevin sərəncamları ilə Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edildi.

Həmin sənədlərdə hər bir bölgənin  sosial-iqtisadi inkişafı üçün görüləcək işlər və onların icra mexanizmləri öz əksini tapdı ki, bunlardan biri də bölgələrdə müasir səhiyyə mərkəzlərinin yaradılması idi. Məqsəd  əhalinin paytaxta gəlmədən öz yaşadıqları bölgələrdə yüksəkkeyfiyyətli, müasir və operativ tibbi xidmət almasını təmin etməkdir. Ümumiyyətlə,  tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, regionlarda əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi, səhiyyənin rəqəmsallaşması, sosial və maliyyə ağırlığı olan bir sıra xəstəliklərin müalicəsinin dövlət proqramları təminatına alınması, eləcə də müasir infrastrukturun qurulması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koordinasiyalı fəaliyyəti nəticəsində ölkənin müxtəlif şəhər və rayonlarında yeni xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı şəkildə yenilənib. Yeni xəstəxanaların istifadəyə verilməsi və mövcud olanların bərpası əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirir, müasir tibbi avadanlıqlarla təminat gücləndirilir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Bərpa işlərində də əsas diqqət göstərilən məsələlərdən biri  sosial obyektlərin, o cümlədən səhiyyə müəssisələrinin tikintisidir. İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun qurulması sosial siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində də strateji rol oynayır.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə səhiyyənin inkişafının yüksək səviyyədə olması özünü koronovirus infeksiyası ilə mübarizə tədbirlərində nümayiş etdirdi. Ölkəmizdə səhiyyə xidməti beynəlxalq səviyyədə təqdir edildi. Təbii ki, bu inam ölkəmizdə səhiyyənin inkişafı istiqamətində görülən işlərə, səhiyə müəssisələrinin güclü  maddi-texniki bazaya malik olmasına, yüksəkixtisaslı kadrlarla təminata əsaslandı. Həmin dövrdə yeni səhiyyə müəssisələrinin yaradılmasını, modul tipli səhiyyə müəssisələrinin quraşdırılmasını xüsusi qeyd etməliyik. Təbii ki, bu müəssisələrin  müasir tələblərə cavab verən  avadanlıqlarla təmin edilməsi ilə bərabər, onların kadr potensialı da xüsusi diqqətdə oldu. Bu baxımdan onu da qeyd etməliyik ki, təcrübə mübadiləsinin aparılması  yüksək ixtisaslı kadrların yetişdirilməsində əhəmiyyətli rol oynayır. Bu isə öz növbəsində əhalinin sağlamlığının təmin edilməsində, xəstələrin xarici ölkələrə üz tutmayaraq ölkə daxilində yüksək səviyyədə müayinə olunub, müalicə almalarında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev hələ dünyanın koronovirus infeksiyası ilə mübarizə apardığı dövrdə  ölkədə iqtisadi islahatların davam etdiriləcəyinə, heç bir sosaal layihənin təxirə salınmayacağına çağırışlar etdi. Təbii ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişliyi hər bir sosial layihəni uğurla başa çatdırmağa əsas verir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Bu günədək beş sosial paketin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bu paketlər minimum əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını təmin edərək milyonlarla vətəndaşın rifahının yüksəldilməsinə xidmət etmişdir.

Millət vəkili bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü  ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilməsi və icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Belə ki, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu məqsədlə TƏBİB sistemi üzrə əməkhaqqı fonduna 189 milyon manat vəsait ayrılıb. Əməkhaqlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla differensial qaydada artırılması isə qərarın digər mühüm xüsusiyyətidir. İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur. Xüsusilə regionlarda çatışmayan ixtisaslar üzrə vəzifə maaşına 1,3 əmsalın tətbiq edilməsi mühüm addımdır. Bu mexanizm yüksəkixtisaslı həkimlərin və digər tibb mütəxəssislərinin regionlarda işləməyə marağının artırılmasına ciddi stimul verəcək. Çünki bölgələrdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ilk növbədə həmin ərazilərdə zəruri ixtisaslara malik kadrların olması vacibdir.

Vüqar Rəhimzadə qeyd edib ki, son illərdə səhiyyə sahəsində ardıcıl tədbirlər həyata keçirilib. 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə maaşlar artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artımı ilə əlaqədar növbəti yüksəlişlər olub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evləri işçilərinin tarif maaşlarına isə 1,5-3 dəfə artım əmsalları tətbiq edilib. Yeni islahat bu prosesin davamıdır. İslahatın əsas məqsədləri tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və pasiyent məmnunluğunun yüksəldilməsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, səhiyyə işçilərinin əməyinin qiymətləndirilməsi onların peşələrinə daha böyük məsuliyyətlə yanaşmalarına və daim inkişaf etməsinə,  tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə və müasir yanaşmaların tətbiqinə geniş imkanlar yaradır.

Əvvəlki Yazı

Polşa Rusiyaya məxsus olduğu iddia edilən İl-20 təyyarəsinin Baltik dənizi üzərində tutulduğunu açıqlayıb

Növbəti Yazı

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

XƏBƏR LENTİ

Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu – Video

04 Sentyabr 2026 / 17:58
11
Türk əsgərləri kosovolu uşaqlar üçün oyun meydançası yaradıblar

Türk əsgərləri kosovolu uşaqlar üçün oyun meydançası yaradıblar

04 Sentyabr 2026 / 17:50
0
İranın neft naziri: ABŞ-İsrail tərəfindən hədəf alınan neftayırma zavodları böyük ölçüdə yenidən tikilib

İranın neft naziri: ABŞ-İsrail tərəfindən hədəf alınan neftayırma zavodları böyük ölçüdə yenidən tikilib

04 Sentyabr 2026 / 17:45
5
Baş Prokuror Kamran Əliyev vətəndaşları qəbul etdi – Fotolar

Baş Prokuror Kamran Əliyev vətəndaşları qəbul etdi – Fotolar

04 Sentyabr 2026 / 17:40
7
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilyarım Zelenski ilə bunkerdə necə yaşadığını danışıb

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilyarım Zelenski ilə bunkerdə necə yaşadığını danışıb

04 Sentyabr 2026 / 16:53
3
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

04 Sentyabr 2026 / 16:13
3
Rusiya ordusu Ukraynadakı hədəflərə dəqiq silahlarla kütləvi zərbə endirib

Peskov: Rusiya Vitkoff və Kuşnerin səfərindən əvvəl Ukrayna ilə terror aktlarını müzakirə etmir

04 Sentyabr 2026 / 14:29
25
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razı Nurullayev:”İmtahandan keçən şəxs dövlət qulluğunda işləmək imkanını real şəkildə əldə etməlidir”-Foto

04 Sentyabr 2026 / 14:20
66
İqtisadçı Kuşç: Ukrayna xalqı iki nəsildən sonra praktiki olaraq yox olacaq

İqtisadçı Kuşç: Ukrayna xalqı iki nəsildən sonra praktiki olaraq yox olacaq

04 Sentyabr 2026 / 13:23
11
Putin hərbi münaqişələri təhrik edən halların qlobal praktikadan xaric edilməsinə çağırıb

Daily Express: Putin WEF-də Qərbə xəbərdarlıq etdi

04 Sentyabr 2026 / 13:18
7
Rusiya Müdafiə Nazirliyi: Rusiya Silahlı Qüvvələri Odessa vilayətində elektrik yarımstansiyasını vurub

Rusiya Müdafiə Nazirliyi: Rusiya Silahlı Qüvvələri Odessa vilayətində elektrik yarımstansiyasını vurub

04 Sentyabr 2026 / 13:11
21
Bolqarıstanın baş naziri Radev Avropanın Kiyevə silah tədarükünü ehtiyatsızlıq adlandırıb

Bolqarıstanın baş naziri Radev Avropanın Kiyevə silah tədarükünü ehtiyatsızlıq adlandırıb

04 Sentyabr 2026 / 13:00
13
Axtarişda olan vəzifəli şəxs Azərbaycana ekstradisiya olunacaq

Axtarişda olan vəzifəli şəxs Azərbaycana ekstradisiya olunacaq

04 Sentyabr 2026 / 12:53
7
Beynəlxalq axtarışa olan iki nəfər Azərbaycana gətirildi

Beynəlxalq axtarışa olan iki nəfər Azərbaycana gətirildi

04 Sentyabr 2026 / 12:48
13
Nepalda daşqından sonra 9 gün tuneldə qalan 2 işçi xilas edilib

Nepalda daşqından sonra 9 gün tuneldə qalan 2 işçi xilas edilib

04 Sentyabr 2026 / 12:05
17
Birinci xanım Ərdoğandan Milli Nəbatat Bağına səfər

Birinci xanım Ərdoğandan Milli Nəbatat Bağına səfər

04 Sentyabr 2026 / 11:53
12
Polşa şərq sərhədi boyunca məhdudiyyət zonasını genişləndirir

Polşa şərq sərhədi boyunca məhdudiyyət zonasını genişləndirir

04 Sentyabr 2026 / 11:39
13
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:Berlin silahlanır, Moskva cavab hazırlayır,Avropa böyük müharibə astanasında-Türkiyə hansı cəbhədə

04 Sentyabr 2026 / 11:15
121
Britaniya ordusu pula qənaət etmək üçün təcili olmayan təlimlərdən imtina edəcək

Britaniya ordusu pula qənaət etmək üçün təcili olmayan təlimlərdən imtina edəcək

04 Sentyabr 2026 / 10:23
9
Xırdalanda obyektdə güclü yanğın baş verib- Video

Xırdalanda obyektdə güclü yanğın baş verib- Video

04 Sentyabr 2026 / 10:14
4
Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi

Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi

04 Sentyabr 2026 / 10:08
8
Rusiya: Biz Ukraynada yanacaq, enerji və hərbi sənaye obyektləri və limanlarını vurduq

Soçidə neft anbarı pilotsuz təyyarənin zərbəsindən sonra yanıb

04 Sentyabr 2026 / 10:03
2
Odessada cümə günü səhər Rusiyanın hücumu nəticəsində bir nəfər həlak olub

Odessada cümə günü səhər Rusiyanın hücumu nəticəsində bir nəfər həlak olub

04 Sentyabr 2026 / 9:53
3
Zaporojyedə dronlar hündürmərtəbəli binaya hücum edib, bir qadın xəsarət alıb

Zaporojyedə dronlar hündürmərtəbəli binaya hücum edib, bir qadın xəsarət alıb

04 Sentyabr 2026 / 9:47
14
Lou: ABŞ Ukraynadakı bioloji laboratoriyaları maliyyələşdirir

Lou: ABŞ Ukraynadakı bioloji laboratoriyaları maliyyələşdirir

04 Sentyabr 2026 / 9:34
11
Rostov vilayəti yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb

Rostov vilayəti yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb

04 Sentyabr 2026 / 9:23
10
ABŞ İsraili boykot edən universitetləri cəzalandırmaq üçün qanun qəbul edib

ABŞ İsraili boykot edən universitetləri cəzalandırmaq üçün qanun qəbul edib

04 Sentyabr 2026 / 9:16
9
ABŞ-ın vitse-prezidenti Vance İranla bağlı “bütün variantların” masada olduğunu deyib

ABŞ-ın vitse-prezidenti Vance İranla bağlı “bütün variantların” masada olduğunu deyib

04 Sentyabr 2026 / 8:47
4
İrana qarşı Avropa İttifaqı əməliyyata qoşulur

İrana qarşı Avropa İttifaqı əməliyyata qoşulur

04 Sentyabr 2026 / 8:31
6
Varvikko: Finlər başa düşməyə başlayıblar ki, Ukraynaya yardım ölkəyə ziyan vurur

Varvikko: Finlər başa düşməyə başlayıblar ki, Ukraynaya yardım ölkəyə ziyan vurur

04 Sentyabr 2026 / 8:24
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.