25 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Devid Felsen:”ABŞ-Azərbaycan münasibətlərində də yeni mərhələnin başlanğıcını qoyduğu qənaətindədir”

Avqust 8, 2026
Siyasət
A A

Vaşinqton görüşü ABŞ-nin Cənubi Qafqaz siyasətində mühüm mərhələ olmaqla yanaşı, Vaşinqtonun regiondakı rolunu vasitəçilikdən gələcək regional arxitekturanın formalaşmasında əsas aktorlardan biri səviyyəsinə yüksəldib.

Avropa.info xəbər verir ki, bunu APA-ya açıqlamasında amerikalı akademik və geosiyasi analitik, professor Devid Felsen bildirib.

Onun sözlərinə görə, Vaşinqton görüşünün daha geniş geosiyasi əhəmiyyəti sülh danışıqlarının iqtisadi inkişaf, regional bağlantılar, eləcə də ABŞ-nin strateji, diplomatik və enerji maraqları ilə əlaqələndirilməsindən ibarətdir.

“Vaşinqton görüşünü ABŞ-nin Cənubi Qafqaz siyasəti baxımından mühüm mərhələ kimi qiymətləndirmək olar. Bu görüş ABŞ-nin regiondakı rolunu mühüm vasitəçi statusundan Cənubi Qafqazın gələcəyinin formalaşmasında əsas aktorlardan biri səviyyəsinə yüksəltdi. Görüşün daha geniş əhəmiyyəti sülh danışıqlarını, iqtisadi inkişafı, eləcə də ABŞ-nin strateji, diplomatik və enerji maraqlarını vahid çərçivədə birləşdirməsindən ibarətdir”, – professor qeyd edib.

Devid Felsen hesab edir ki, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan sülh prosesinə mühüm siyasi impuls verib və tərəfləri hərtərəfli sülhün əldə olunmasına daha da yaxınlaşdırıb.

Ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan liderlərinin bir araya gətirilməsində, eləcə də razılaşmaların icrası üçün siyasi çərçivənin yaradılmasında ABŞ diplomatiyası mühüm rol oynayıb. Bununla belə, prosesin yekun nəticəsi Bakı və İrəvanın üzərlərinə götürdükləri öhdəliklərə davamlı şəkildə sadiq qalmasından asılı olacaq.

Amerikalı professor Vaşinqton razılaşmalarının ABŞ-Azərbaycan münasibətlərində də yeni mərhələnin başlanğıcını qoyduğu qənaətindədir.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsindən kənara çıxaraq regional bağlantılar, texnologiya, investisiya, təhlükəsizlik və iqtisadi inkişaf kimi sahələri də əhatə etməyə başlayıb.

“Orta Dəhliz və Xəzər üzərindən bağlantıların genişləndirilməsi xüsusilə böyük uzunmüddətli potensiala malikdir. Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib. Azərbaycanın coğrafi mövqeyi ölkəni enerji mənbələrinin şaxələndirilməsi, Xəzər bağlantıları və Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat baxımından mühüm aktora çevirir. Xüsusilə Orta Dəhliz Azərbaycanın əhəmiyyətini onun ənənəvi enerji təchizatçısı rolundan xeyli kənara çıxarır”, – Felsen bildirib.

Professorun fikrincə, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin əldə olunması ABŞ-nin Cənubi Qafqazdakı uzunmüddətli strateji maraqları baxımından da mühüm əhəmiyyət daşıyır.

Belə bir razılaşma yeni hərbi qarşıdurma riskini azalda, ABŞ-nin ticarət, investisiya və regional tərəfdaşlıqları üçün daha proqnozlaşdırıla bilən mühit yarada bilər. Eyni zamanda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqazda suverenliyin və sabitliyin möhkəmlənməsinə imkan verər.

 

Devid Felsen Vaşinqton razılaşmalarının bütövlükdə regiondakı geosiyasi qüvvələr balansına təsir göstərə biləcəyini də istisna etməyib.

Onun fikrincə, proses Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir imkanlarını azalda və Qərbin regionda iqtisadi iştirakını genişləndirə bilər. Türkiyə və Avropa İttifaqı daha güclü nəqliyyat və enerji bağlantılarından faydalana, İran isə regional tranzit marşrutları ilə bağlı artan rəqabətlə üzləşə bilər.

Professor əlavə edib ki, Çin də genişlənməkdə olan Orta Dəhlizə qarşı çıxmaqdan daha çox, bu nəqliyyat marşrutunun yaratdığı iqtisadi imkanlarda iştirak etməyə çalışacaq.

Amerikalı analitik Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı mərhələyə çatmasında oynadığı rolu da xüsusi qeyd edib.

“Prezident İlham Əliyev prosesin hazırkı mərhələyə çatdırılmasında həlledici rol oynayıb. Onun danışıqlarda iştirak etməyə hazır olması və regional bağlantılar üzrə yeni çərçivənin formalaşdırılmasını dəstəkləməsi hazırkı sülh imkanının yaranması baxımından mühüm əhəmiyyət daşıyıb. Buna görə də onun liderliyi regionda yeni reallığın formalaşmasına əhəmiyyətli töhfə verib”, – professor vurğulayıb.

Felsen hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına yönəlmiş Vaşinqton prosesi ABŞ Prezidenti Donald Trampın Avrasiyada əsas xarici siyasət nailiyyətlərindən birinə çevrilə bilər.

“Azərbaycan və Ermənistan rəhbərliyinin bir araya gətirilməsi və sülh prosesinin regional iqtisadi inteqrasiya ilə əlaqələndirilməsi mühüm diplomatik nailiyyətdir. Lakin bunun tarixi əhəmiyyəti son nəticədə əldə olunan razılaşmaların davamlı sülhə gətirib çıxarıb-çıxarmamasından asılı olacaq”, – o bildirib.

Professorun fikrincə, bundan sonrakı mərhələdə ABŞ üçün əsas prioritet Azərbaycan-Ermənistan sülh prosesinin uğurla yekunlaşdırılması və əldə edilmiş razılaşmaların tam icrasının təmin olunması olmalıdır.

Vaşinqton yekun sülh sazişini, sərhəddə sabitliyin təmin edilməsini, nəqliyyat layihələrinin həyata keçirilməsini və mümkün mübahisələrin həlli mexanizmlərinin yaradılmasını dəstəkləməlidir.

Ekspert qeyd edib ki, ABŞ eyni zamanda Azərbaycan və Ermənistanla enerji, texnologiya, investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməli, sülhün hər iki ölkə üçün konkret iqtisadi dividendlər yaratmasını təşviq etməlidir.

“ABŞ Türkiyə, Avropa İttifaqı və Mərkəzi Asiyadakı tərəfdaşları ilə birlikdə Cənubi Qafqazın sabit və rifahlı regional dəhlizə çevrilməsi istiqamətində çalışmalıdır”, – Devid Felsen yekunlaşdırıb.

Əvvəlki Yazı

İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istəyərkən saxlanildilar -Video

Növbəti Yazı

Paşinyanın Bakıya zəngi və Mehrini “azad etmək” planı

XƏBƏR LENTİ

Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

HƏMAS: Netanyahunun BMT-dəki çıxışı boş və yalanlarla dolu idi

25 Sentyabr 2026 / 8:47
10
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

Ağ Evlə jurnalistlər arasında olan böhranin son vəziyyəti

25 Sentyabr 2026 / 8:38
5
Danimarka kəşfiyyatından xəbərdarlıq: Rusiya aylar ərzində NATO ölkəsinə hücum edə bilər

Danimarka kəşfiyyatından xəbərdarlıq: Rusiya aylar ərzində NATO ölkəsinə hücum edə bilər

25 Sentyabr 2026 / 8:32
18
Kolumbiya İranla diplomatik əlaqələri kəsib

Kolumbiya İranla diplomatik əlaqələri kəsib

25 Sentyabr 2026 / 8:25
12
Paşinyan: “Ermənistan-Azərbaycan sülhü möhkəmləndirilməli və institutlaşdırılmalıdır

Paşinyan: “Ermənistan-Azərbaycan sülhü möhkəmləndirilməli və institutlaşdırılmalıdır

25 Sentyabr 2026 / 8:06
8
Tıxac “Formula-1”lik deyil, bu, Bakının böyük problemdir

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır

25 Sentyabr 2026 / 7:51
20
Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

Pezeşkian deyib ki, onlar ABŞ-la “razılaşmaya hazırdırlar”

25 Sentyabr 2026 / 7:48
17
Nyu Yorkda minlərlə insan Netayahuya qarşı soyqırım aksiyası keçirib

Nyu Yorkda minlərlə insan Netayahuya qarşı soyqırım aksiyası keçirib

25 Sentyabr 2026 / 7:40
3
Üçüncü katib səviyyəsində  Netanyahunun açıqlamalarına Türkiyədən reaksiya

Üçüncü katib səviyyəsində  Netanyahunun açıqlamalarına Türkiyədən reaksiya

25 Sentyabr 2026 / 7:10
8
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi -bir nəfər ölüb

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi -bir nəfər ölüb

24 Sentyabr 2026 / 21:34
11
Bakcell-də hədiyyə mövsümü başladı

Bakcell-də hədiyyə mövsümü başladı

24 Sentyabr 2026 / 20:16
2
Tıxac “Formula-1”lik deyil, bu, Bakının böyük problemdir

Tıxac “Formula-1”lik deyil, bu, Bakının böyük problemdir

24 Sentyabr 2026 / 20:14
9
Məkkəyə və Səudiyyə Ərəbistanının daha 4 bölgəsinə təcili xəbərdarlıq

Məkkəyə və Səudiyyə Ərəbistanının daha 4 bölgəsinə təcili xəbərdarlıq

24 Sentyabr 2026 / 15:33
1
Tural İrfan:“Mərkəzi Asiyanın İştirakı Çinin Maraqlarını Regiona Çəkir”

Tural İrfan:“Pensiya fondlarına toplanmış öz pulundan özünə borc vermək lazımdır”

24 Sentyabr 2026 / 14:04
66
Xocavənddə 140 nəfər mina təhlükəsinə dair maarifləndirilib

Xocavənddə 140 nəfər mina təhlükəsinə dair maarifləndirilib

24 Sentyabr 2026 / 11:43
5
Venesuelanın müvəqqəti prezidenti Rodriges ölkədə “demokratik keçid prosesinin başladığını” bildirib

Venesuelanın müvəqqəti prezidenti Rodriges ölkədə “demokratik keçid prosesinin başladığını” bildirib

24 Sentyabr 2026 / 9:06
10
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Avropa bazarındakı perspektivlərini qiymətləndirib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Avropa bazarındakı perspektivlərini qiymətləndirib

24 Sentyabr 2026 / 9:01
5
KNBC helikopteri yol qəzası barədə məlumat verərkən qəzaya uğrayıb, 3 nəfər ölüb- Foto -Video

Rostov vilayətinə gecə hücumu: neft anbarının strukturlarına ziyan dəyib

24 Sentyabr 2026 / 8:55
16
Ukrayna şəhərlərində qida və su böhranı: İnsanlar bağ otları ilə qidalanırlar

Ukrayna şəhərlərində qida və su böhranı: İnsanlar bağ otları ilə qidalanırlar

24 Sentyabr 2026 / 8:46
11
ABŞ-ın təyyarədaşıyan gəmisindəki 8 dənizçi intihara cəhd edib

ABŞ-ın təyyarədaşıyan gəmisindəki 8 dənizçi intihara cəhd edib

24 Sentyabr 2026 / 8:34
13
Azərbaycanla Dominikan Respublikas arasında viza rejimi ləğv edildi ı

Azərbaycanla Dominikan Respublikas arasında viza rejimi ləğv edildi ı

24 Sentyabr 2026 / 8:22
5
Çin prezidenti Xi 11 ildən sonra ABŞ-da

Çin prezidenti Xi 11 ildən sonra ABŞ-da

24 Sentyabr 2026 / 6:39
7
ABŞ-ın Ankaradakı səfiri Kışla: Ərdoğan və Tramp çox yaxşı və effektiv ünsiyyət qurdular

ABŞ-ın Ankaradakı səfiri Kışla: Ərdoğan və Tramp çox yaxşı və effektiv ünsiyyət qurdular

24 Sentyabr 2026 / 1:12
4
Aİ və 51 ölkə Rusiyanı atəşkəsi qəbul etməyə çağırıb

Aİ və 51 ölkə Rusiyanı atəşkəsi qəbul etməyə çağırıb

24 Sentyabr 2026 / 1:07
3
Zelenski: Bu qışı Rusiya üçün çətinləşdirməkdən başqa çarəmiz olmayacaq

Zelenski: Bu qışı Rusiya üçün çətinləşdirməkdən başqa çarəmiz olmayacaq

24 Sentyabr 2026 / 1:02
6
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi yeni layihənin icrasına başlayır

Qırmızı Bazarda mina təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilib

23 Sentyabr 2026 / 19:51
9
“Təmiz Dünya”nın qadın və uşaqlara dəstək layihəsinin nəticələri açıqlandı – FOTOLAR

“Təmiz Dünya”nın qadın və uşaqlara dəstək layihəsinin nəticələri açıqlandı – FOTOLAR

23 Sentyabr 2026 / 19:45
1
Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

23 Sentyabr 2026 / 19:12
18
Səudiyyə Ərəbistanı: Abha və Xamis Muşait şəhərlərində erkən xəbərdarlıq sistemi işə salınıb

İran: Hörmüz boğazı açılmazdan əvvəl çatdırdığımız 7 şərt həyata keçirilməlidir

23 Sentyabr 2026 / 19:05
13
İsrailin Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

İsrailin Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

23 Sentyabr 2026 / 16:32
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.