30 - 05 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Yaxın Şərqdə riskli dönüş: Geniş müharibəyə doğru addım – TƏHLİL

Aprel 9, 2026
Manşet, Siyasət
A A

İranın ABŞ və İsrailə qarşı müqavimət imkanları ilə bağlı müxtəlif fikirlər mövcuddur. Paradoksal görünsə də, Pakistanın iştirakı ilə əldə olunmuş, lakin sonradan pozulmuş atəşkəsdən dərhal sonra həm İran, həm ABŞ, hətta BƏƏ belə özünü qalib elan edib. Halbuki müharibə bitməyib və davam etmə ehtimalı qalır. Lakin fakt ondan ibarətdir ki, bu müharibə İranı onilliklərlə geri salıb.

Hücumun ilk dəqiqələrində ali dini lider Əli Xamenei başda olmaqla, İranın 50-dən çox əsas siyasi-hərbi rəhbərinin öldürüldüyü bildirilir. Hazırda ölkənin hava və dəniz qüvvələri, hərbi sənayesi, raket sistemi və ən əsası nüvə potensialı ciddi şəkildə zərər görüb.

Bu sözləri Avropa.info-ya Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Vüqar Dadaşov əlavə edib ki, zənginləşdirilmiş uranın təhvil verilməsi məsələsi də müzakirə olunur. Şəhərlər, infrastruktur, mülki obyektlər və digər sahələr dağıdılıb. Vəziyyətin ağırlığı səbəbindən İranda rəhbər vəzifələrə gəlmək istəyənlərin sayı azalıb və faktiki olaraq idarəetmə SEPAH-ın əlinə keçib. Ali dini lider Müctəba Xameneinin hakimiyyətdən uzaqlaşdırılması ehtimalı da istisna edilmir. Hazırkı vəziyyətdə İranda faktiki olaraq rejim dəyişikliyi müşahidə olunur.

Müharibədə qalib və ya məğlub tərəf məsələsinə gəldikdə isə, uduzan tərəf təkcə İran deyil, eyni zamanda ABŞ və İsraildir.

ABŞ-ın qlobal siyasi-hərbi və regional nüfuzu ciddi zərbə alıb. Bu vəziyyət prezident Donald Trampın impiçment məsələsinin yenidən gündəmə gəlməsinə səbəb ola bilər. İsrail isə İranın raket zərbələrinə qarşı hazırlıqsız olduğunu nümayiş etdirdi və hətta orduda səfərbərlik zamanı şəxsi heyət çatışmazlığı ilə üzləşdi.

Üçüncü tərəf kimi ərəb ölkələri də faktiki olaraq İranla üz-üzə müdafiəsiz vəziyyətdə qalıblar. Xüsusilə neft tədarükü və Hörmüz boğazı vasitəsilə həyata keçirilən ixrac-idxal məsələlərində İrandan asılılıq ciddi iqtisadi çətinliklər yaradır.

ABŞ və İsrailin İrana hücumunun qısa müddətdə planlaşdırılan nəticəni verməməsinin əsas səbəblərindən biri İsrail xüsusi xidmət orqanlarının yanlış hesablamaları olub. İranın real hərbi gücü, mümkün addımları və müttəfiqlərinin dəstəyi düzgün qiymətləndirilməyib. Analizlər göstərir ki, İsrail İranın siyasi-hərbi rəhbərliyinin aradan götürülməsi ilə tam uğur əldə edəcəyini düşünürdü. ABŞ və İsrail arasında yaranan fikir ayrılığının da əsas səbəblərindən biri məhz bu yanlış hesablamalardır. Atəşkəslə bağlı ABŞ-la İsrail arasında fikir birliyi yoxdur.

İranın müqaviməti dövlət və xalq üçün imic məsələsi olsa da, ölkə o qədər zəiflədilib ki, onun bərpası üçün onilliklər tələb olunur. Hətta vəziyyət o həddə çatıb ki, dövlət artıq öz liderlərinin təhlükəsizliyini tam təmin edə bilmir.

İranın hərbi imkanlarına gəldikdə isə, əgər iddia edildiyi kimi güclü olsaydı, əvvəlki 12 günlük müharibədə İranın raket və dron hücumları daha ciddi nəticələr verərdi. İsrailin nəzərə almadığı əsas amillərdən biri isə Çin və Rusiya kimi böyük güclərin mümkün müdaxiləsidir.

ABŞ-ın İsrail tərəfdən İrana qarşı müharibəyə təhrik edildiyi iddia olunsa da, fakt budur ki, ABŞ İranın Çinə enerji ixracını nəzarət altına almağa çalışır. ABŞ–Venesuela, Rusiya–Ukrayna müharibələri və İrana qarşı hücum kontekstində Çin faktoru əsas rol oynayır. İran nefti Çin üçün strateji əhəmiyyət daşıyır və hazırkı mərhələdə Çin bu qarşıdurmadan daha çox qazanan tərəf kimi görünür.

Ehtimal olunur ki, ərəb ölkələri Çin vasitəsilə İranla iqtisadi və hərbi təhlükəsizlik zəmanətləri üzrə razılaşmalara gedə bilərlər.

Mövcud vəziyyətdə bu müharibədən nisbətən qazanan tərəflər arasında Azərbaycan və Türkiyənin də adı çəkilir. Yaranmış şərait Türkiyənin enerji tranziti və logistika imkanlarının genişlənməsi üçün yeni fürsətlər yaradır. Qara dəniz üzərindən yeni marşrutların aktivləşməsi də mümkündür. Türkiyənin İslam dünyasında nüfuzunun artması və İrana verdiyi dəstək, eləcə də Azərbaycanın humanitar və siyasi addımları iki ölkə ilə İran arasında münasibətlərin yaxşılaşmasına səbəb ola bilər.

Əli Xameneinin ölümü ilə bağlı Azərbaycan Prezidenti Bakıda səfirlikdə başsağlığı verib. Bundan əlavə, humanitar yardımın göndərilməsi və təxliyə prosesində iştirak Azərbaycanın aktiv mövqeyini göstərir. Bu addımlar Azərbaycanın İslam dünyasında nüfuzunu artırmaqla yanaşı, regional maraqlarını gücləndirir.

Lakin ümumi mənzərə göstərir ki, İranın bu münaqişədən “qalib” çıxmasına imkan verilməyəcək. Yaxın Şərq isə tədricən daha genişmiqyaslı müharibə mərhələsinə keçid edir.

Əvvəlki Yazı

Müharibənin yeni üzü: Müasir qarşıdurmaların qlobal xəritəsi – TƏHLİL

Növbəti Yazı

Razi Nurullayev təklif etdi – Spiker ona reaksiya verdi

XƏBƏR LENTİ

Qloballaşma dövründə milli kimlik: Multikulturalizm ölkəmizdə siyasi ritorika deyil

Qloballaşma dövründə milli kimlik: Multikulturalizm ölkəmizdə siyasi ritorika deyil

30 May 2026 / 18:07
2
Vahid Mustafayev: “Uşağa ayrılan vəsait büdcə yükü deyil, milli gələcəyə investisiyadır”

Vahid Mustafayev: “Uşağa ayrılan vəsait büdcə yükü deyil, milli gələcəyə investisiyadır”

30 May 2026 / 12:39
14
Beynəlxalq Qalereyada Müstəqillik Gününə həsr olunan sərgi təşkil olundu – FOTO

Beynəlxalq Qalereyada Müstəqillik Gününə həsr olunan sərgi təşkil olundu – FOTO

29 May 2026 / 22:16
22
Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

Vüqar Dadaşov:Kimdir Seyyidliyin məhvinin sifarişçiləri? -DNK analizləri: məqsəd və hədəflər

29 May 2026 / 9:13
120
Zərdabda biabırçı reklam löhvəsi

Zərdabda biabırçı reklam löhvəsi

28 May 2026 / 23:53
59
Milli və dini identiklik: İdeyadan praktik sosial mexanizmə – TƏHLİL

Milli və dini identiklik: İdeyadan praktik sosial mexanizmə – TƏHLİL

28 May 2026 / 13:26
5
28 May – Azərbaycanın istiqlal yoluna həsr olunmuş tədbir keçirilib-Fotolar

28 May – Azərbaycanın istiqlal yoluna həsr olunmuş tədbir keçirilib-Fotolar

26 May 2026 / 14:27
38
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib

Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib

25 May 2026 / 21:49
3
Azərbaycan–Hindistan mədəni əlaqələrinə həsr olunan sərgi təşkil edilib – FOTO

Azərbaycan–Hindistan mədəni əlaqələrinə həsr olunan sərgi təşkil edilib – FOTO

25 May 2026 / 20:56
35
Bakı forumu qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü – AÇIQLAMA

Bakı forumu qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü – AÇIQLAMA

23 May 2026 / 14:50
28
Fərqlilik içində birlik: Dini və mədəni müxtəlifliyin sosial sabitliyə təsiri – TƏHLİL

Fərqlilik içində birlik: Dini və mədəni müxtəlifliyin sosial sabitliyə təsiri – TƏHLİL

23 May 2026 / 12:56
27
Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

23 May 2026 / 9:47
134
“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib-Fotolar

“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib-Fotolar

22 May 2026 / 14:25
68
“Bir Kətan, Min Mədəniyyət” adlı beynəlxalq onlayn sərgi keçirildi – FOTO

“Bir Kətan, Min Mədəniyyət” adlı beynəlxalq onlayn sərgi keçirildi – FOTO

21 May 2026 / 20:44
61
Süni intellekt və kitab sevgisi: Uşaq Kitabxanasından innovativ layihə

Süni intellekt və kitab sevgisi: Uşaq Kitabxanasından innovativ layihə

20 May 2026 / 17:25
93
Azərbaycanda tolerantlıq siyasəti: Yerli icmaların rolu və çağırışlar – TƏHLİL

Azərbaycanda tolerantlıq siyasəti: Yerli icmaların rolu və çağırışlar – TƏHLİL

20 May 2026 / 13:00
67
Ümummilli Lider anadan olmasının 103-cü ildönümü ilə bağlı virtual sərgi hazırlanıb

Ümummilli Lider anadan olmasının 103-cü ildönümü ilə bağlı virtual sərgi hazırlanıb

18 May 2026 / 21:32
107
 Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Muzeylər Günü münasibətilə paytaxtın aparıcı muzeylərini ziyarət ediblər-Fotolar

 Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Muzeylər Günü münasibətilə paytaxtın aparıcı muzeylərini ziyarət ediblər-Fotolar

18 May 2026 / 21:27
149
Azərbaycan modeli: Sosial harmoniya və birgəyaşayış təcrübəsi

Azərbaycan modeli: Sosial harmoniya və birgəyaşayış təcrübəsi

18 May 2026 / 18:48
81
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18 May 2026 / 11:47
82
2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

18 May 2026 / 11:34
84
Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

15 May 2026 / 19:20
117
Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

15 May 2026 / 19:15
123
Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

14 May 2026 / 23:33
136
Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

14 May 2026 / 17:08
106
Rusiyali Biznesmen Bakıda gizlənmiş

Rusiyali Biznesmen Bakıda gizlənmiş

14 May 2026 / 11:08
101
Ağakərim Səmədzadə nazirin I müavini oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

14 May 2026 / 10:47
99
Andrey Yermak həbs olundu – FOTO

Andrey Yermak həbs olundu – FOTO

14 May 2026 / 10:38
107
Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

14 May 2026 / 9:52
101
Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

13 May 2026 / 12:11
156
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.