18 - 05 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

Oktyabr 6, 2025
Cəmiyyət, Manşet
A A

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist İmamverdi İsmayılovun yeni kitabı – “Bayquş və qarovulçu” oxuculara təqdim olunub.

Avropa.info xəbər verir ki, tədbirə elm, ədəbiyyat və siyasət xadimləri qatılaraq əsərlə bağlı fikirlərini bölüşüblər. Tədbir XI Bakı Beynəlxalq Kitab Sərgisinin Bəxtiyar Vahabzadə təqdimat zalında keçirilib.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında bildirib ki, kitab insanı düşündürən mühüm mövzulara həsr olunub:

“Əsərdə müharibələrin, haqsızlıqların və insan faciələrinin fəlsəfi mənzərəsi yaradılıb. Bayquş obrazının mifologiyada yanlış anlamda təqdim olunmasına qarşı olaraq müəllif oxucuya göstərir ki, əslində bəşəriyyəti bəlalara sürükləyən elə insanların özüdür”.

Akademik Nizami Cəfərov isə vurğulayıb ki, əsərdə qaldırılan mənəvi problemlər müasir insan üçün çox aktualdır:

“İmamverdi İsmayılov öz yazıçı stixiyası, yazıçı təcrübəsi, gəldiyi ədəbi mənbələrin verdiyi rezonansla cəmiyyətin çox ciddi bir problemini qaldırdı. Bu problem nədən ibarətdir? Azərbaycanda da, bütün dünyada da bu gün insanlar varlanır. İnsanlar özləri üçün yaxşı həyat şəraiti qurur. Bu həyat şəraiti uğrunda mübarizə aparır. Bu, insanların təbiətidir. Biz buna bir insan olaraq etiraz edə bilmərik. Çünki bütün insanların təbiətində bu var. Bununla yanaşı, qeyd etmək lazımdır ki, mənəvi-əxlaqi dəyərlər aradan qalxırsa, zənginliyin özünü də idarə etmək olmur. Faktiki olaraq, insan o zənginliyin daxilində ruhən kasıblaşır. Heç o zənginlik də ona lazım olmur. Bu hekayədən mənim çıxardığım nəticənin biri bundan ibarətdir. Amma bu hekayə haqqında yazanların hərəsi müxtəlif nəticələr çıxarıb. Bu, təkcə hekayəyə münasibətdən irəli gəlmir, həm də yazıçının imkanlarından, düşüncəsinin polifonikliyindən irəli gəlir”.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Bayquş və qarovulçu” hekayəsini Azərbaycan ədəbiyyatında yeni yanaşma kimi qiymətləndirib:

“Müəllif ilk dəfə bayquşu müsbət obrazda təqdim edir. Əsərdə qəhrəmanların adının olmaması da universal məna daşıyır. Yəni söhbət təkcə bir millətdən deyil, bütün bəşəriyyətdən gedir”.

Professor Cahangir Məmmədli isə müəllifin tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olduğunu xatırladaraq, onun ilk hekayəsinin hələ “Ulduz” jurnalında dərc olunduğunu qeyd edib.

Tədbirdə yazıçı Seyran Səxavət, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Qubadlı rayonundan olan Əməkdar müəllim Ədalət Əsədov və Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov çıxış edərək, müəllif və kitabla bağlı ürək sözlərini dilə gətiriblər.

Sonda çıxış edən İmamverdi İsmayılov tədbir iştirakçılarına və əsər barədə məqalələr yazan müəlliflərə təşəkkürünü ifadə edib:

“Düşünməzdim ki, hekayə bu qədər rəğbət qazanacaq. Dünyada müharibə təhlükəsi artır, amma biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Ordumuzun qəhrəmanlığı sayəsində qalibiyyət bayrağı altında birləşmişik. Dövlətimizin başçısının uzaqgörən siyasəti bizi müqəddəs amal ətrafında toplayıb. Mənim fəaliyyətimə dəyər verən insanlara, həmçinin deputat mandatını qazanmama səbəb olan Zəngilan və Qubadlı sakinlərinə minnətdaram”.

Bayquş və qarovulçu” həm ədəbi, həm də fəlsəfi baxımdan diqqət çəkən əsər kimi sərginin maraqlı təqdimatlarından birinə çevrilib.

Qeyd edək ki, İmamverdi İsmayılovun təqdim olunan kitabında “Bayquş və Qarovulçu” hekayəsi haqqında yazılan məqalələr də yer alıb.

Onu da xüsusilə qeyd etmək yerinə düşər ki, İmamverdi İsmayılovun “Bayquş və Qaraovulçu” kitabının təqdimatı və imza günü böyük anlşlaqla keçirilib.





 

Əvvəlki Yazı

QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

Növbəti Yazı

Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

XƏBƏR LENTİ

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18 May 2026 / 11:47
3
2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

18 May 2026 / 11:34
3
Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

15 May 2026 / 19:20
39
Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

15 May 2026 / 19:15
43
Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

14 May 2026 / 23:33
57
Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

14 May 2026 / 17:08
28
Rusiyali Biznesmen Bakıda gizlənmiş

Rusiyali Biznesmen Bakıda gizlənmiş

14 May 2026 / 11:08
21
Ağakərim Səmədzadə nazirin I müavini oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

14 May 2026 / 10:47
19
Andrey Yermak həbs olundu – FOTO

Andrey Yermak həbs olundu – FOTO

14 May 2026 / 10:38
29
Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

14 May 2026 / 9:52
22
Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

13 May 2026 / 12:11
79
Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

13 May 2026 / 11:37
39
Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

13 May 2026 / 11:29
44
Avropa liderləri İlham Əliyevdən nümunə götürür

Avropa liderləri İlham Əliyevdən nümunə götürür

13 May 2026 / 11:12
23
Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

13 May 2026 / 11:02
38
Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

13 May 2026 / 10:43
23
QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

13 May 2026 / 10:07
30
QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

13 May 2026 / 10:04
20
Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

12 May 2026 / 11:03
31
“Bayquş və qarovulçu” – Hekayə

Sadə dildə dərin fəlsəfə: İmamverdi İsmayılovun “LABİRİNT” əsərinə ədəbi baxış

11 May 2026 / 17:55
31
Meloni Bakı səfərində bu avtomobildən istifadə edib – Video

Meloni Bakı səfərində bu avtomobildən istifadə edib – Video

09 May 2026 / 15:43
68
Görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş elektron resurslar hazırlanıb

Görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş elektron resurslar hazırlanıb

09 May 2026 / 15:18
45
“İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı tədbir keçirilib-Fotolar

“İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı tədbir keçirilib-Fotolar

09 May 2026 / 15:10
54
Məhdudiyyətləri birlikdə aşaq

Məhdudiyyətləri birlikdə aşaq

09 May 2026 / 12:15
53
Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

09 May 2026 / 12:03
56
Naxçıvan kitabxanaların bir qrup əməkdaşı Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

Naxçıvan kitabxanaların bir qrup əməkdaşı Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

09 May 2026 / 11:57
62
Yücel Feyzioğlu ilə Nağıl-terapiyası nədir? mövzusunda görüş keçirilib-Fotolar

Yücel Feyzioğlu ilə Nağıl-terapiyası nədir? mövzusunda görüş keçirilib-Fotolar

09 May 2026 / 11:45
70
Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

30 Aprel 2026 / 11:01
75
Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

29 Aprel 2026 / 22:03
56
Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

29 Aprel 2026 / 21:57
79
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.