“GÜLSAM”ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi” adlı layihənin sonuncu tədbirini həyata keçirib.
Tədbirdə 9 nəfər əlil iştirakçı öz bacarıqlarını fərqli şəkildə nümayiş etdiriblər.
Finalda musiqi, yazı, rəqs və rəsm bacarığı olan fiziki məhdudiyyətli şəxslər öz çıxışlarını təqdim ediblər.
“GÜLSAM” İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova tədbirə qatılanlara təşəkkür edərək, belə müsabiqələrin cəmiyyətin müxtəlif təbəqələri arasında bərabər imkanlar yaratmaq və əlillərin sosial həyatda iştirakını dəstəkləmək baxımından önəmini vurğulayıb.
Final mərhələsində iştirakçılardan üç nəfər qalıb seçilib.
İştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.