“ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir”.
Avropa.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib.
“Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda bununla bağlı əlavə məlumatımız yoxdur”, – o deyib.
O, ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:
“Bildiyiniz kimi, Prezident Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi”.