30 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib

Mart 8, 2025
Siyasət
A A

Martın 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı münasibətilə bütün İslam dünyasına ən xoş arzularını çatdırıb.

Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığı, mülki şəxslərin ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib.

Bu istiqamətdə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalı olduğu diqqətə çatdırılıb.

Ölkəmizin yanvar ayında əldə olunmuş atəşkəsi müsbət qiymətləndirdiyi diqqətə çatdırılıb, mövcud həssas vəziyyətdə atəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Əldə olunmuş atəşkəsin beynəlxalq hüquqa, o cümlədən Fələstin xalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesinin başlanğıcı rolu oynamasının əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə, Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.

Hazırkı dövrdə göstərilən sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın İƏT-in məsuliyyətli üzvü kimi, həmçinin 2026-cı ildə İƏT-in sədri olaraq hər zaman qardaş Fələstin xalqına dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, öncəki illərdən əlavə, eskalasiyanın başladığı 2023-cü ildən etibarən Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə 2 milyon ABŞ dolları həcmində yardım göstərdiyi bildirilib.

Ölkəmizin, həmçinin Fələstin xalqına təhsil və səhiyyə sahəsində dəstək üzrə təşəbbüs göstərdiyi, bu istiqamətdə 2024-2025-ci illər üzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın ayrıldığı, həmçinin Azərbaycanın Nablusda 600 nəfərlik məktəbin tikintisini də öhdəsinə götürdüyü diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov çıxışı zamanı ölkəmizin Qəzzanın bərpası və yardım göstərilməsi üzrə Misir tərəfindən irəli sürülmüş və 4 mart tarixində Fövqəladə Ərəb Sammiti zamanı təsdiqlənmiş planı dəstəklədiyini vurğulayıb. Nazir çıxışı zamanı, bugünkü iclasda Suriyanın İƏT-də üzvlüyünün bərpa olunması ilə əlaqədar təbriklərini çatdırıb. Suriyanın ərazi bütövlüyü və suverenliyinə, habelə ölkədə davamlı sülh və sabitliyin bərpa olunmasına dəstək ifadə olunub.

Əvvəlki Yazı

Trüdo ABŞ Prezidenti Donald Trampın ona göstərdiyi təzyiqə tab gətirə bilməyərək ağlayıb -VİDEO

Növbəti Yazı

Argentinada güclü yağışlar daşqınlara səbəb olub, 10 nəfər ölüb

XƏBƏR LENTİ

Bakınin Qaradağ rayonu ərazisində “Mercedes” yandı – Video

Bakınin Qaradağ rayonu ərazisində “Mercedes” yandı – Video

30 Sentyabr 2026 / 8:50
7
Qırmızı mağaralarda yoxa çıxan turistlər Krımda tapılıb

Qırmızı mağaralarda yoxa çıxan turistlər Krımda tapılıb

30 Sentyabr 2026 / 8:40
13
Politoloq Mişkeviç: Yaxınlaşan qış Ukrayna üçün ən çətin olacaq

Politoloq Mişkeviç: Yaxınlaşan qış Ukrayna üçün ən çətin olacaq

30 Sentyabr 2026 / 8:32
18
Analitik Merkuris: Kiyevdən gizli təxliyə tezliklə başlaya bilər

Analitik Merkuris: Kiyevdən gizli təxliyə tezliklə başlaya bilər

30 Sentyabr 2026 / 8:26
9
Britaniya donanmasında qalmaqal: 143 milyon funt sterlinqlik gəmi təcrübəçiyə həvalə edilib

Britaniya donanmasında qalmaqal: 143 milyon funt sterlinqlik gəmi təcrübəçiyə həvalə edilib

30 Sentyabr 2026 / 8:16
15
İrlandiya ikinci dəfə İsraillə oynamağa qərar vermədi: Hamımız narahatıq

İrlandiya ikinci dəfə İsraillə oynamağa qərar vermədi: Hamımız narahatıq

30 Sentyabr 2026 / 8:08
9
Hollandiya polisi FTB-ni sındırdığını iddia edən qruplaşmanın üzvünü həbs edib

Hollandiya polisi FTB-ni sındırdığını iddia edən qruplaşmanın üzvünü həbs edib

30 Sentyabr 2026 / 8:02
15
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 8 fələstinli həyatını itirib

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 8 fələstinli həyatını itirib

30 Sentyabr 2026 / 7:54
4
Fransada tələbə etirazları şiddətlənib: 400-dən çox tələbə saxlanılıb-Fotolar

Fransada tələbə etirazları şiddətlənib: 400-dən çox tələbə saxlanılıb-Fotolar

30 Sentyabr 2026 / 7:46
3
Yəmən ordusu: Husilərə aid hərbi ünsürlər əməliyyatlarla zərərsizləşdirilib

Yəmən ordusu: Husilərə aid hərbi ünsürlər əməliyyatlarla zərərsizləşdirilib

30 Sentyabr 2026 / 7:35
19
Ruslar Kiyevi və bölgəni ballistik raketlərlə kütləvi şəkildə vurdular: yaralılar və qurbanlar var

Ruslar Kiyevi və bölgəni ballistik raketlərlə kütləvi şəkildə vurdular: yaralılar və qurbanlar var

30 Sentyabr 2026 / 7:04
15
Qazaxıstan prezidenti Tokayevin hərbi islahat göstərişi

Putini müharibəni dondurmağa çağıran Tokayev Kreml rəhbərini tərifləyib

30 Sentyabr 2026 / 6:38
10
NBC: İranın gəmiyə hücumu nəticəsində yeddi əsgər və ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti yaralanıb

İran İnqilab Keşikçiləri Korpusu: Fars körfəzində ABŞ-ın heç bir hərbi gəmisi qalmayıb

29 Sentyabr 2026 / 21:44
27
Fransada orta məktəb şagirdlərinin təşkil etdiyi etirazlarda 10 nəfər yaralanıb

Fransada orta məktəb şagirdlərinin təşkil etdiyi etirazlarda 10 nəfər yaralanıb

29 Sentyabr 2026 / 21:40
24
 Zelenskinin istefası artıq zaman məsələsidir: Prezidentə bu dəhşətli xəyanət onun ölümcül məğlubiyyəti olacaq

 Zelenskinin istefası artıq zaman məsələsidir: Prezidentə bu dəhşətli xəyanət onun ölümcül məğlubiyyəti olacaq

29 Sentyabr 2026 / 21:31
25
Leyla Əliyeva və Alyona Əliyeva Sərgidə iştirak ediblər -Fotolar

Leyla Əliyeva və Alyona Əliyeva Sərgidə iştirak ediblər -Fotolar

29 Sentyabr 2026 / 20:29
18
İran prezidenti Məsud Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İran prezidenti Məsud Pezeşkian Şahin Mustafayevi qəbul etdi

29 Sentyabr 2026 / 20:17
12
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Lənkəranda  zəlzələ baş verib

29 Sentyabr 2026 / 16:12
10
FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevlə görüşdən paylaşım etdi-Fotolar

FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevlə görüşdən paylaşım etdi-Fotolar

29 Sentyabr 2026 / 16:08
16
Odessa limanlarına nə olacaq: Rusiya Qara dənizdə təhlükəsiz dəhliz təkliflərini rədd etdi

Odessa limanlarına nə olacaq: Rusiya Qara dənizdə təhlükəsiz dəhliz təkliflərini rədd etdi

29 Sentyabr 2026 / 16:01
13
Putin Ukraynada müharibəni bitirdiyinə görə ağır cəzalandırılacaq: Qərb səs-küylü bəyanatdan şoka düşdü

Putin Ukraynada müharibəni bitirdiyinə görə ağır cəzalandırılacaq: Qərb səs-küylü bəyanatdan şoka düşdü

29 Sentyabr 2026 / 15:25
10
Rusiya Ukraynada məhdud atəşkəs təklifinə cavab verdi

Rusiya Ukraynada məhdud atəşkəs təklifinə cavab verdi

29 Sentyabr 2026 / 13:28
10
Ağalı kəndində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

Ağalı kəndində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

29 Sentyabr 2026 / 13:07
5
Gömrükdən 4 milyonluq brilyant keçirmək istəyən Qazaxıstan vətəndaşı saxlayıb- Foto

Gömrükdən 4 milyonluq brilyant keçirmək istəyən Qazaxıstan vətəndaşı saxlayıb- Foto

29 Sentyabr 2026 / 12:45
2
Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul etdi – Fotolar

Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul etdi – Fotolar

29 Sentyabr 2026 / 12:39
14
Zelenski Kravçenko ilə bağlı mühüm qərar verdi: keçmiş baş prokurorun artıq görünmədiyi yerdə

Zelenski Kravçenko ilə bağlı mühüm qərar verdi: keçmiş baş prokurorun artıq görünmədiyi yerdə

29 Sentyabr 2026 / 12:30
8
“Putin bunu hamıya açıqladı”: Hamının qorxduğu Kiyevə gəlib çatdı. Rusiya prezidentinin planı işə düşdü – ABŞ və Aİ şokdadır

“Putin bunu hamıya açıqladı”: Hamının qorxduğu Kiyevə gəlib çatdı. Rusiya prezidentinin planı işə düşdü – ABŞ və Aİ şokdadır

29 Sentyabr 2026 / 12:23
3
Kiyevdə raket hücumundan sonra yeni bir hücum

Kiyevdə raket hücumundan sonra yeni bir hücum

29 Sentyabr 2026 / 12:12
8
Rusiyanin Yaroslavl vilayətində dəhşətli yanğın- 14 ölü

Rusiyanin Yaroslavl vilayətində dəhşətli yanğın- 14 ölü

29 Sentyabr 2026 / 12:01
6
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu iddialarını rədd edir

29 Sentyabr 2026 / 11:53
10
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.