Türkiyə Xarici İşlər Nazirliyi mənbələri sabah İstanbulda Rusiya və Amerika nümayəndə heyətləri arasında texniki səviyyəli görüşün keçiriləcəyini açıqlayıb.
Avropa.info məlumatına görə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən açıqlamada sabah İstanbulda Rusiya və Amerika nümayəndə heyətləri arasında texniki səviyyəli görüşün keçiriləcəyi bildirilib.
“Daha əvvəl də qeyd etdiyimiz kimi, Türkiyə danışıqlara ev sahibliyi də daxil olmaqla, sülh səylərinə hər cür dəstəyi verməyə hazırdır”, – deyə bəyanatda bildirilir.
Avropa.info