15 - 04 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Yazıçı, tərcüməçi Nadir Qocabəyli Çörək bişirib satır

Yanvar 23, 2025
Cəmiyyət
A A

Yazıçı, tərcüməçi Nadir Qocabəyli peşəsini dəyişib.

Avropa.info  xəbər verir ki, bu barədə yazıçının özü məlumat yayıb.

Bildirib ki, bir ildən çoxdur işsiz olduğuna, tərcüməçilik, yazıçılıq və ictimai fəaliyyətin ona gəlir gətirmədiyinə görə, peşəsini dəyişmək qərarı verib.

Onun sözlərinə görə, bu məqsədlə həyətində öz gücünə və təkbaşına “Pompey sobası” (Kürə) tikib, çörək bişirib satmağa başlayıb:

“Materiala çox pul xərcləmədim, zatən yoxdur və əsasən tullantı kərpiclərdən, həyətimdə çoxdan qalan qumdan, neçə il ərzində topladığım şüşə butulkalardan, çöldən daşıyıb gətirdiyim gildən və sairədən istifadə etdim. Bununla belə, pula yenə ehtiyac oldu. Çünki kürə üçün lazım olan odadavamlı daşlar çox bahadır. Eyni zamanda, sementi və digər bəzi materialları da almalı oldum. Bunun üçün yaxın qohumlardan borc istəməli, nişan üzüyümüzü və yoldaşımın son qızıl üzük-sırğasını girov qoyaraq bir qədər pul götürdüm. Nəticədə həm həyətimdə dar ayaqda ac qalmamaq üçün çörək bişirə biləcəyim bir kürəm oldu, həm də iki yeni peşə qazandım. Hazırda həm kürəçiyəm, yəni kürə usatası, həm də çörəkçi. Çünki təxminən 15 gündür çörək də bişirirəm. Kim istəsə, onun üçün də kürə tikə və çörək bişirə bilərəm”.

N.Qocabəyli deyib ki, çörəyi öz ailəsi üçün bişirir, lakin qonşuların xahişi ilə onlara da satır:

“Günə 10 çörək satanda sevinirik. Bu isə cəmi 5 manat deməkdir. Onun yarısını xərclərə çıxanda yerdə 2 manat 50 qəpik qalır. Dolayısı ilə, xanımımla iki nəfərə gündə hərəmiz 1 manat qazanır, eyni zamanda öz çörəyimizi çıxarırıq. Bununla belə, ruhdan düşmür, bu biznesi böyütməyin xəyallarını qururuq.

Düşünürük ki, təkcə çörək yox, peraşki, simit, xaçapuri, bulka və müxtəlif şirniyyatlar da bişirib sata bilərik. Ancaq bunun üçün gərək kürənin üstünü örtəm, ətrafında bir dükan qaraldam, iri pəncərələr qoyduram, reklam lövhələri asam ki, yoldan keçən maşınları da cəlb edə bilək.

Çünki təkcə qonşulara ümid etməklə heç odunun və ya qazın pulunu çatdırmaq olmaz.

Qonşular kasıb olduqları üçün daha ucuz qidalanmağa üstünlük verir, daha çox zavod çörəyi alır, digər məmulatlara pul xərcləyəcəkləri böyük sual altındadır. Bu gün uşaqların xahişi ilə kürədə pizza bişirdik. Əvvəllər duxovkada bişirdiyimizdən qat-qat ləzzətli və nəfis alındı.

Bu təcrübəni də davam etdirmək istəyirik, ancaq dediyim kimi, gərək dükan olsun. Çatdırma təşkil edək. Yeri gəlmişkən xeyli araşdırma aparsam da, Bakıda pizza qutuları tapmaq müşkülə çevrilib. Bunun üçünsə sərmayə lazımdır. Banklar rəsmi iş yeri və girov olmadan kredit vermir.

Borc istəyə biləcəyim dost-tanış, qohum əqrəba isə qalmayıb. Amma yenə də ümidliyəm. Necə deyərlər, Allaha təvəkkül

Əvvəlki Yazı

Qəbələdə göldə batan şəxsin əşyalari tapilib

Növbəti Yazı

Müdafiə nazirliyində yeni təyinat-Hikmət Mirzəyevə yeni müavin təyin edilib

XƏBƏR LENTİ

Deputat Razı Nurullayev MCP-nin qərargahında göruş keçirib

Deputat Razı Nurullayev MCP-nin qərargahında göruş keçirib

13 Aprel 2026 / 19:18
22
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

Vüqar Dadaşov -“ABŞ tərəflərinin İslamabadda danışıqlar masasında nəticələr əldə edəcəyinə inam öncədən az idi”

13 Aprel 2026 / 15:55
73
Türkiyə nümayəndə heyəti Azərbaycana gəldi

Türkiyə nümayəndə heyəti Azərbaycana gəldi

13 Aprel 2026 / 14:01
9
Sumqayıtda Azərbaycan dilinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Sumqayıtda Azərbaycan dilinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

12 Aprel 2026 / 22:25
8
Anar Əsədli vəkillərindən imtina etdi

Anar Əsədli vəkillərindən imtina etdi

12 Aprel 2026 / 20:54
14
Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi – FOTOLAR

Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi – FOTOLAR

10 Aprel 2026 / 16:27
10
Razi Nurullayev təklif etdi – Spiker ona reaksiya verdi

Razi Nurullayev təklif etdi – Spiker ona reaksiya verdi

10 Aprel 2026 / 15:31
31
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

Yaxın Şərqdə riskli dönüş: Geniş müharibəyə doğru addım – TƏHLİL

09 Aprel 2026 / 12:52
115
Müharibənin yeni üzü: Müasir qarşıdurmaların qlobal xəritəsi – TƏHLİL

Müharibənin yeni üzü: Müasir qarşıdurmaların qlobal xəritəsi – TƏHLİL

08 Aprel 2026 / 14:11
24
Cəmiyyətin nəbzini yoxlamaq TƏŞƏBBÜSÜ, yoxsa məqsədli narazılıq yaratmaq İSTƏYİ… — Rəsul Mirhəşimli yazır

Cəmiyyətin nəbzini yoxlamaq TƏŞƏBBÜSÜ, yoxsa məqsədli narazılıq yaratmaq İSTƏYİ… — Rəsul Mirhəşimli yazır

07 Aprel 2026 / 1:02
32
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

06 Aprel 2026 / 17:08
10
Uşaq Kitabı Gününə həsr olunan silsilə tədbirlər davam edir-Fotolar

Uşaq Kitabı Gününə həsr olunan silsilə tədbirlər davam edir-Fotolar

03 Aprel 2026 / 20:54
35
2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq yazarları ilə görüş keçirilib-Fotolar

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq yazarları ilə görüş keçirilib-Fotolar

03 Aprel 2026 / 20:47
37
Hacıqabulda yerləşən Pir Hüseyn xanəgahı ilə bağlı deputatdan maraqlı AÇIQLAMA – FOTOLAR

Hacıqabulda yerləşən Pir Hüseyn xanəgahı ilə bağlı deputatdan maraqlı AÇIQLAMA – FOTOLAR

02 Aprel 2026 / 15:21
13
Azərbaycan mühüm tədbirə ev sahibliyi edəcək – Bakıda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan mühüm tədbirə ev sahibliyi edəcək – Bakıda beynəlxalq konfrans keçiriləcək

02 Aprel 2026 / 0:56
29
Bakı Dövlət Universiteti tələbələrinin təcrübə nəticələri qiymətləndirilib

Bakı Dövlət Universiteti tələbələrinin təcrübə nəticələri qiymətləndirilib

01 Aprel 2026 / 21:21
33
Respublika Uşaq Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anılıb

Respublika Uşaq Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anılıb

01 Aprel 2026 / 21:14
44
Yəmən sahillərində GƏRGİNLİK: Region qlobal təzyiq zonasına çevrilir – TƏHLİL

Yəmən sahillərində GƏRGİNLİK: Region qlobal təzyiq zonasına çevrilir – TƏHLİL

29 Mart 2026 / 9:49
27
Enerji müharibəsinin yeni cəbhəsi: Qlobal enerji bazarını kim idarə edir? – ŞOK DETALLAR

Enerji müharibəsinin yeni cəbhəsi: Qlobal enerji bazarını kim idarə edir? – ŞOK DETALLAR

26 Mart 2026 / 14:01
30
Mədəniyyət missiyası daşıyan dil: tariximizin, mədəniyyətimizin aynası

Mədəniyyət missiyası daşıyan dil: tariximizin, mədəniyyətimizin aynası

26 Mart 2026 / 13:52
12
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

Tramp İranda “Delsi Rodriges” planına nail olarsa belə, nəticə müvəqqəti xarakterli olacaq-Vüqar Dadaşov

26 Mart 2026 / 10:30
122
Azərbaycanda bu model avtomobillər kəskin bahalaşıb – VİDEO

Azərbaycanda bu model avtomobillər kəskin bahalaşıb – VİDEO

24 Mart 2026 / 17:39
16
İran Türkiyəyə qaz verilişini dayandırıb – Ümid Azərbaycanadır

İran Türkiyəyə qaz verilişini dayandırıb – Ümid Azərbaycanadır

24 Mart 2026 / 17:36
10
DİPLOMATİK QALMAQAL: Bu ölkə İran səfirini QOVDU – Səfirlik bağlanır

DİPLOMATİK QALMAQAL: Bu ölkə İran səfirini QOVDU – Səfirlik bağlanır

24 Mart 2026 / 17:33
8
Tramp oyunu necə başlayır: Bir cümlə ilə təzyiq – TƏHLİL

Tramp oyunu necə başlayır: Bir cümlə ilə təzyiq – TƏHLİL

24 Mart 2026 / 17:18
30
5 gün fasiləsiz yağış yağacaq, sel gələcək

5 gün fasiləsiz yağış yağacaq, sel gələcək

24 Mart 2026 / 17:00
11
Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildilər

Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildilər

24 Mart 2026 / 13:14
5
İki müsəlman ölkəsi İrana qarşı hərbi əməliyyatlara QOŞULUR

İki müsəlman ölkəsi İrana qarşı hərbi əməliyyatlara QOŞULUR

24 Mart 2026 / 13:06
8
Novruz ənənələri sənətdə: “Baharın rəngləri – Novruzun nəfəsi” sərgisi keçirildi – FOTOLAR

Novruz ənənələri sənətdə: “Baharın rəngləri – Novruzun nəfəsi” sərgisi keçirildi – FOTOLAR

21 Mart 2026 / 21:25
29
Ağdamda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixin yaddaşı, ilmələrin dili” adlı sərgi açıldı

Ağdamda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixin yaddaşı, ilmələrin dili” adlı sərgi açıldı

21 Mart 2026 / 21:20
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.