Cəmiyyət

Yaxınları Məhəmmədəli ilə Xətai rayonunda yerləşən evlərində vidalaşıblar-Foto Video

28 Dekabr 2024, 12:2711
Reklam728x90
Reklam320x100

 

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan 13 yaşlı Məhəmmədəli Yeganovun nəşi Azərbaycana gətirilib.

Avropa.info”Qafqazinfo”-yə istinadən xəbər verir ki, Məhəmmədəlinin cansız bədənini gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Mərhum uşağın nəşini hava limanına toplanan hər kəs göz yaşları ilə qarşılayıb.

Yaxınları Məhəmmədəli ilə Xətai rayonunda yerləşən evlərində vidalaşıblar.

Vida mərasimindən sonra mərhum dəfn edilmək üçün Suraxanı rayonundakı Tatar qəbiristanlığına aparılıb.

Qeyd edək ki, Məhəmmədəli futbolçu olub. O, “Gənclik” futbol klubunda oynayıb.

Allah rəhmət eləsin!

 

















Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600