Sosial

Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salinib -Fotolar

14 İyul 2025, 09:0457
Reklam728x90
Reklam320x100

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb.

Avropa.info AZƏRTAC-a isitinadən xəbər verir ki, köçürülən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə – 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

 







Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600