ABŞ mətbuatında 50-yə yaxın ticarət gəmisini hədəf alan son kiberhücumlarda Ağ Ev rəhbərliyinin İranı “əsas şübhəli” olaraq gördüyü iddia edilib.
Avropa.info xəbər verir ki, “The Wall Street Journal”ın (WSJ) məsələ ilə tanış olan ABŞ rəsmilərinə əsaslanan xəbərində İranın enerji tankerlərinə edilən son kiberhücumlarda mümkün rolunun araşdırıldığı bildirilib.
Xəbərdə neft, mayeləşdirilmiş təbii qaz və bəzi kimyəvi yüklər daşıyan 50-yə yaxın gəminin kiberhücumlarla hədəf alındığı, ekipaj üzvlərinə “gəminin batırıla biləcəyi” təhdidlərinin edildiyi bildirilib.
Xəbərdə bəzi kiberhücumların bəzi ölkələrin, o cümlədən ABŞ-ın limanlarına yaxınlaşarkən edildiyi bildirilib və Ağ Ev rəhbərliyinin hücumlarda İranı “əsas şübhəli” olaraq gördüyü iddia edilib.
Xəbərdə ABŞ-a gedən “VL Prosperity” və İtaliyaya gedən “Vivit Africa”nın da hədəf alınan gəmilər arasında olduğu, hücumların arxasında İranın dayandığına dair “mümkün konkret əlaqənin” araşdırıldığı bildirilib.
ABŞ mətbuatında son vaxtlar ölkənin liman sistemlərinə və iri gəmiçilik şirkətlərinə qarşı kiberhücumların xeyli artdığı və bu hücumların ölkənin kritik infrastrukturunu hədəfə ala biləcəyi qeyd edilib.




