Sabiq gömrük əməkdaşi həyat yoldaşını ölumcul yaraladı - FOTO

  • 15:13 - 04 İyul

Dövlət Gömrük Komitəsinin istintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin sabiq rəisi və hazırda AR Vəkillər Kollegiyasının üzvü vəkil Ceyhun Yusifov həyat yoldaşı Yusifova F. A qızına iki ədəd sağlamlığa ağır zərər vuran xəsarət yetirib. Əldə olunmuş məlumata görə, ər-arvad arasında olan mübahisə ailə münaqişəsi zəminində baş verib.

Avropa .info qanunla.az-a  istinadən xəbər verir ki, sabiq gömrük məmurunun arvadının “qarının ön divarının kəsilmiş-deşilmiş (iki ədəd) yaraları” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Buna görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Namazov Tofiq Həmid oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Y.F.A qızı əri Yusifov Ceyhun Salman oğluna məxsus olan MERCEDES BENZ 220 markalı 90-NT-700 dövlət nömrə nişanlı avtomobili ilə Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə üzü metronun Əhmədli stansiyasına doğru hərəkət etdikləri zaman, aralarında ailə məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 249 ünvanının qarşısında olan işıqforda naməlum şəraitdə Y.F.A qızı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan qarının ön divarının 2 ədəd daxilə nifuz etmiş kəsilmiş-deşilmiş yaraları xəsarəti alıb.

Onun bu törətdiyi dəhşətli hadisə Xətai rayon prokurorluğu tərəfindən ört-basdır edildiyi iddia olunur. Belə bir şəxsin azadlıqda qalıb ortalıqda gəzməsi cəmiyyətdə narahatlıq yaradır. Sabiq gömrük məmurunun aqibəti barədə AR Baş Prokurorluğunun mövqeyi ictimaiətdə maraq doğurur.

Qeyd edək ki, Ceyhun Yusifov yaxın zamanlarda AR Gömrük Komitəsinin sədri Şahin Bağırovu ona təziq etməkdə ittiham edirdi.

 

 


 


Oxunma sayı: 4566

Oxşar yazılar