Pezeşkian İranın yeni prezidenti seçildi - YENİLƏNİB

  • 09:00 - 06 İyul

İranda keçirilən prezident seçkilərinin ikinci turunun ilkin rəsmi nəticəsi elan edilib.

Avropa .info xəbər verir ki, İran Daxili İşlər Nazirliyi indiyə qədər 2 547 381 səs sayıldığını bildirib.

Azərbaycanlı namizəd Məsud Pezeşkian 1 263 874, Səid Cəlili isə 1 244 640 səs toplayıb.

***

İran Daxili İşlər Nazirliyi 13 277 seçki məntəqəsinin nəticələrinin bəlli olduğunu, 5 819 911 bülletenin sayıldığını açıqlayıb.

Hazırkı nəticəyə görə Məsud Pezeşkian 2 904 227, Səid Cəlilinin isə 2 815 566 səs toplayıb.

***

DİN-in elan etdiyi son rəsmi məlumata görə, 21 min 790 seçki məntəqəsinin nəticəsi əldə edilib və 9 milyon 699 min 843 səs sayılıb.

Məsud Pezeşkian 4 996 364, Səid Cəlili isə 4 526 960 səs toplayıb.

***

Hazırda sayılan səslərin sayı 13.550.280-ə qalxıb.

DİN-in məlumatına görə, Məsud Pezeşkian 6.939.955 səslə liderdir.

Səid Cəlili 6.359.099 səs toplayıb.

***

İran Daxili İşlər Nazirliyi ümumilikdə 16.546.660 səsin sayıldığını bildirib.

Məlumata görə, Məsud Pezeşkian 8.694.743, Səid Cəlili isə 7,535,557 səs toplayıb.

***

DİN elan etdiyi son rəsmi məlumatda sayılan səslərin ümumi sayının 20 611 971-ə çatdığı bildirilib.

Hazırkı nəticəyə görə, Məsud Pezeşkian 11,120,924 səs toplayaraq, rəqibindən kəskin fərqlə irəlidədir. Səid Cəlili isə 9 097 993 səs toplayıb.

***

İranda keçirilən prezident seçkilərinin indiyə açıqlanan nəticələrinə görə 23 646 138 səs sayılıb.

Nəticələrə əsasən, Məsud Pezeşkian 12.704.910 səs, Səid Cəlili 10.474.238 səs toplayıb.

İndiyə kimi 47 min 807 seçki məntəqəsinin nəticələrinin müəyyənləşdiyi bildirilib.

***

Seçkilərin yekun nəticələri müəyyən olub.

Məlumata görə, ümumilikdə 30 530 157 səs sayılıb. Azərbaycanlı namizəd Məsud Pezeşkian 16 384 403 səs ilə prezident seçkilərinin qalibi olub.

Bildirilib ki, seçici fəallığı 49,8 faiz olan seçkilərdə Məsud Pezeşkian 53,6 faiz səs toplayaraq İranın 9-cu prezidenti seçilib.

Səid Cəlili isə 13.538.179 səs toplayıb


Oxunma sayı: 5292

Oxşar yazılar