Milli Cəphə Partiyasının Ümumrespublika konfransı keçirilib

  • 14:51 - 06 İyul

Milli Cəbhə Partiyası (MCP) növbədənkənar parlament seçkiləriylə əlaqədar Ümumrespublika iclası keçirib.

Avropa.info xəbər verir ki, tədbirdə partiya başqanı Razi Nurullayev, partiya rəhbərliyi, təşkilat sədrləri və partiyanın parlament seçkilərinə namizədləri iştirak ediblər.

Çıxış edən MCP başqanı Razi Nurullayev hər bir siyasi partiya üçün seçkilərdə iştirakın önəmini vurğulayıb. Başqan bu seçkilərdə də hər seçkidə olduğu kimi inamla mübarizə aparacaqlarını bildirib.

Digər çıxışçılar da Milli Cəbhə Partiyası üçün bütün seçkilərin çox önəmli olduğunu qeyd edib, partiya olaraq seçkidə uğur qazanmaq üçün əzmlə çalışacaqlarını bildiriblər.

İclasda Milli Məclisə seçkilərdə partiyanın səlahiyyətli nümayəndələri müəyyən edilərək təsdiq edilib. Həmçinin partiyanın deputatlığa namizədliyi irəli sürülən üzvlərin siyahısı da təsdiqlənib.


Oxunma sayı: 3510

Oxşar yazılar