Şəhid Vuqar İsmayilovun ailəsi ogurlanib? - Polisdən AÇIQLAMA

  • 15:24 - 03 İyul

44 günlük Vətən müharibəsində şəhid olan Vüqar Eldar oğlu İsmayılovun ailəsi oğurlanıb.

Avropa.info xəbər verir ki, bu iddia ilə şəhidin anası Səidə İsmayılova və qayınanası çıxış ediblər.

Şəhid anası gəlininin və nəvələrinin qaçırıldıqlarını iddia edib. Onun sözlərinə görə, gəlinini övladları ilə birgə öz xalası oğlu himayəsinə götürmək adı ilə aldadaraq qaçırıb.

Şəhidin atası Eldar İsmayılov və gəlinin atası isə bildiriblər ki, həmin adam 5 il insan oğurluğu faktı ilə həbsdə yatıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.

Araşdırmaya əsasən, qadının könüllü razılıq əsasında getdiyi məlum olub.


Oxunma sayı: 1629

Oxşar yazılar