ABŞ Rusiyanı “daha dərindən” vurmağa icazə verəcək

  • 18:34 - 03 İyul

ABŞ Dövlət Departamenti Rusiya ordusunun hazırkı cəbhəni genişləndirməyə çalışacağı təqdirdə Vaşinqtonun Ukraynaya Rusiya ərazisinə daha böyük məsafədən zərbə endirməsinə icazə verəcəyini istisna etmir.

Avropa.info axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Rusiyanın neçə hava bazasının ATACMS raketlərinin atış mənzilində olması ilə bağlı suala cavabında deyib.

Obrayen eyni zamanda Rusiya Federasiyasının sərhəd ərazilərinə edilən hücumlara görə güc itirdiyini bildirib.

Qeyd edək ki, ATACMS raketlərinin atəş mənzili 300 km-dir. Hazırda ABŞ silahları ilə yalnız sərhəd ərazilərdə Ukraynaya təhlükə yaradan hərbi obyektləri vurmağa icazə verilib.


Oxunma sayı: 1442

Oxşar yazılar