Rəşad Dağlının oğlu ilə görüntüləri yayıldı - VİDEO

  • 22:08 - 05 İyul

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusiflə görüşdüyünü əks etdirən görüntülər yayılıb.

Avropa.info bildirir ki, videonun harada və nə zaman çəkildiyi məlum deyil. Görüntülər sosial şəbəkələrdə izləyicilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Oxunma sayı: 1761

Oxşar yazılar