Bakıda bahalı iti oğurlayan şəxs TUTULDU

  • 23:19 - 28 İyun

Bakıda bahalı it oğurlanıb.

Avropa.info lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Rayon ərazisindəki evlərdən birində bahalı cins it oğurlanıb. Bu barədə polisə məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində bahalı iti oğurlamaqda şübhəli bilinən Əli Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1739

Oxşar yazılar