Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tarifləri belə oldu - YENİ QİYMƏTLƏR TƏSDİQLƏNDİ

  • 10:21 - 01 İyul

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri”ni təsdiqləyib.

Avropa.info xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, yuxarı hədlər (əks istiqamət üzrə eyni olmaqla) aşağıdakı kimi müəyyənləşib:

Ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,3 manat məbləğində müəyyənləşib.

Nazirliyin Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Oxunma sayı: 1431

Oxşar yazılar