İranda güneyli bloqqer parlament sədrinin qızına görə həbs edildi

  • 12:33 - 01 İyul

Qəzvin şəhərindən olan bloqqer Vəhid Neməti iyunun 28-də yayımladığı klipə görə təhlükəsizlik qüvvələri tərəfindən çağırılaraq saxlanılıb.

Avropa.info xəbər verir ki, teleqram kanallarında yayılan məlumata görə, o, paylaşdığı videoda atası prezident seçkilərində namizəd olmuş İran parlamentinin hazırkı sədri Məhəmməd Baqer Qalibafın qızı Məryəm Qalibafın bu yaxınlarda televiziya proqramlarından birində iştirak etdiyi görüntülərdən və sözlərindən istifadə edib.

Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Qalibafın qızı və onun həyat yoldaşının 2022-ci ildə Türkiyədə səfərdə olarkən çəkilən görüntüləri geniş əks-səda doğurmuşdu.


Oxunma sayı: 1277

Oxşar yazılar