Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

  • 12:05 - 28 İyun

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin kassasiya şikayətinə baxılıb.

Avropa.info APA-ya istinadən bildirir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M. Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.


Oxunma sayı: 1695

Oxşar yazılar