Türkiyədə meşə yanğınları səngimir

  • 09:43 - 19 İyun

Türkiyənin üç vilayətində meşədə yanğınlar başlayıb.

Avropa .info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən saat 16.05 radələrində Çanaqqalanın Eceabat rayonunun Kumköy kəndi yaxınlığında baş verən meşə yanğını 14 saata yaxındır davam edir. Dünən yanğına 9 təyyarə, 6 helikopter, 94 su və quru texnikası, həmçinin 540 canlı qüvvə ilə havadan müdaxilə edilib. Güclü külək səbəbindən nəzarət altına alına bilməyən meşə yanğınına müdaxilə gecə saatlarında 1 gecəgörmə vertolyotu, 94 su tankeri və quru maşını, 540 canlı qüvvə ilə davam etdirilib.

Uşakda dünən axşamdan başlayan yanğınlar hələ də davam edir. İzmirin Dikili rayonunda isə yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.

Yanğında ölən və yaralananlar barədə məlumat verilmir


Oxunma sayı: 3532

Oxşar yazılar