Ordunun keçmiş komandanı, çevrilişə cəhd edən general SAXLANILDI: Prezidentdən xalqa MÜRACİƏT - FOTO

  • 11:45 - 27 İyun

Boliviya ordusunun keçmiş komandanı, çevrilişə cəhd edən general Xuan Xose Zuniqa baş prokurorluğun tələbi ilə saxlanılıb. 

Avropa.info xəbər verir ki, Boliviya mətbuatının məlumatına görə, çevrilişə cəhddə ittiham olunan Zuniqa Baş Qərargah binasından çıxarkən saxlanılıb, daha sonra polis maşını ilə prokurorluğa aparılıb. 

Bu arada Boliviya Baş Prokurorluğu çevriliş cəhdi və baş verən hadisələrlə bağlı hərtərəfli istintaqa başlanıldığını açıqlayıb. 

Nə baş verib? 

Boliviya prezidenti Luis Arce Boliviya ordusunun bəzi hissələrinin qeyri-müntəzəm səfərbər olduğunu bildirdi və ordunu demokratiyaya hörmət etməyə çağırıb. 

Sosial şəbəkələrdə yayımlanan kadrlarda Boliviyanın La Paz şəhərindəki prezident sarayının ərazisinə hərbi zirehli texnikanın necə daxil olduğu əks olunub. 

Hərbçilərin hərəkətindən narazılığını bildirən vətəndaşları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib. 

Arce hökumət sarayına soxulmağa cəhd edən Siniga ilə danışıb və qoşunların dərhal çıxarılmasını tələb edib. 

Boliviya prezidenti xalqa müraciətində sakitliyə çağırıb. “Boliviyanın prezidenti və nazirləri vəzifədədir. Mən xalqı demokratiyanı müdafiə etməyə çağırıram. Hərbçilər dərhal tərk etməli və öz vəzifələrinə qayıtmalıdırlar. İstəyirəm ki, onlar demokratiyaya və konstitusiyaya hörmət etsinlər”, – Arce deyib. 

Boliviya sakinləri prezident Luis Arsenin çağırışına cavab verib və ölkədə dövlət çevrilişinə cəhdin təşəbbüskarlarına etiraz ediblər. 

Boliviya ordusunun yeni təyin olunmuş komandiri Xose Vilson Sançesin əmri ilə çevrilişə cəhd edən hərbçilər öz hissələrinə qayıdıblar. 

 

 

 

 

Avropa.info


Oxunma sayı: 1629

Oxşar yazılar