"Təmiz dünya" yeni layihəyə başlayır: "Öz çətirini yarat"

  • 14:02 - 07 İyun

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il qrant müsabiqəsinin nəticələrinə görə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi “Öz çətirini yarat!” - insan alveri və potensial insan alveri qurbanları üçün iqtisadi imkanlara çıxışın təmini təlimlərinə başlayır. 

Layihə "İnsan alverinə qarşı mübarizə haqqında" Qanunun 11.2.2 ; 11.2.3; 11.2.4  maddələrinin, o cümlədən, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.5. və 4.4.5. yarımbəndinin icrasına dəstək məqsədi daşıyır.

Layihənin məqsədi insan alveri və potensial insan alveri qurbanlarının sığınacaqdan sonra reinteqrasiya prosesində təkrar həssas vəziyyətə düşməməsi üçün iqtisadi imkanlara çıxışına dəstəkdir. 

Layihə üzrə 

3 ay müddətinə davam etməklə, dərzilik,  tətbiqi incəsənət işləri olan bəzək əşyalarının hazırlanması, məişət xidmətlərinə aid edilən saç və dırnaq ustalığı üzrə  təlimlər vasitəsilə peşələrin öyrədilməsi nəzərdə tutulur. Hər  kurs üzrə 12 təlim keçiriləcək. Hər kursda 10 nəfər iştirak etməklə, ümumilikdə layihə 30 nəfəri əhatə edəcək. 

Layihənin büdcəsi 13.000 manatdır.

Layihə üzrə məlumat insan alveri ilə mübarizə üzrə Milli Koordinatora və DİN-nin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinə təqdim edilib. 

Avropa.info


Oxunma sayı: 1959

Oxşar yazılar