"Makaronun qablaşdırmasinda siçan var"iddiasina-Azərsun Holdinqdən cavab geldi

  • 10:02 - 27 İyul

 

 

 

“Azərsun Holdinq” “Saville” makaronunun qablaşdırmasında siçanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Avropa.info xəbər verir ki Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, makaron məhsulları çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırılıb.

“Bunu nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media orqanlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək” - şirkətin açıqlamasında bildirilir


Oxunma sayı: 2267

Oxşar yazılar