Mühafizəçi necə isə götürülüb? Onu hansı cəza gözləyir,Həps oluna bilər -Vəkildən aciqlama

  • 09:55 - 27 İyul

 

 

 

Bir neçə gündür ki, Xalq artisti Ağadadaş Ağayevi döyən mühafizəçinin Rusiyada 9 il həbsdə olduğu iddia edilir. İctimaiyyət həmin şəxsin törətdiyi əmələ görə “MedEra” klinikasının rəhbərini günahlandırır. İnsanlar deyir ki, əksər xəstəxanalarda mühafizəçilər qeyri-peşəkarlardır. Ona görə də klinikalara gələn şəxslərlə aqressiv, kobud davranırlar. Bir çoxlarını iki sual düşündürür:

Görəsən, Ağadadaş Ağayev və onu döyən gözətçi Nurəddin Cəlilovu hansı cəza gözləyir? “Medera” klinikasının rəhbərliyi – sahibi, direktoru, baş həkimi məlum insidentə görə məsuliyyət daşıyırmı?

Avropa.info xəbər verir ki,mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Elçin Sadıqovun sözlərinə görə, çox güman ki, mühafizəçi klinikaya işə götürülən zaman mühafizə şirkəti ilə müqavilə imzalayıblar. Vəkil deyib ki, işə götürülən şəxsin məhkumluğunun olub-olmamasını araşdırmaq mühafizə şirkətinin üzərinə düşür:

“Qeyd edim ki, mühafizəçi daha əvvəl həbsdə olsa belə, burada onun işə götürülməsi ilə bağlı hər hansı qadağa yoxdur. Əgər şəxsin məhkumluğu ödənilibsə və heç bir problemi yoxdursa, o zaman rahat şəkildə işə götürülə bilər. Çünki məhkumluq ödəniləndən sonra onun keçmişi ilə bağlı problem yaşanmamalıdır”.

Elçin Sadıqovun dediklərinə görə, əgər hadisənin baş verməsində klinika rəhbərinin və digər məsul şəxslərin iştirakı yoxdursa, onlar məsuliyyətə cəlb oluna bilməzlər:

“Bu məsələdə görünən odur ki, artıq xuliqanlıq maddəsi ilə iş başladılıb və belə də qalacaq. Həmin maddə də 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağadadaş Ağayevə də xuliqanlıq maddəsi verilib. Sadəcə, burada xəsarətlər nəzərə alınacaq deyə, mühafizəçi 5 il müddətinə həbs oluna bilər. İfaçını da cəza gözləyir. Amma cəza fərdi xarakter daşıdığı üçün cəzanı gələcəkdə məhkəmə özü müəyyən edir


Oxunma sayı: 2201

Oxşar yazılar