Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sərgi keçirilib - FOTO

  • 14:21 - 02 İyun

Layihə rəhbəri, təşkilatçısı Aygün Əzizovanın olduğu 1 İyun -  Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaq Hüquqlarını Qoru"adlı sərgi YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə dəstəyi ilə keçirildi. Sərgidə 100 nəfət rəssam öz əsəri ilə iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının rəhbəri Bəxtiyar Nəbiyev iştirakçıları 1 İyun  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, xoşbəxt, firavan gələcək arzuladı.  İştirak edən rəssamların hər biri ilə tanış olub  əsərlərinə baxış keçirdi. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətlərinə və 11 il YAP Yasamal Rayon Təşkilatı  ilə birgə uğurlu əməkdaşlığa görə  Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya və layihə rəhbəri Aygün Əzizovaya təşəkkür edib, fəaliyyətlərində uğurlar arzuladı. 

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova YAP Yasamal Rayon Təşkilatının rəssamlar üçün doğma məkan olduğunu bildirib. Hər zaman dəstəyinə görə YAP Yasamal Rayon Təşkilatının rəhbəri Bəxtiyar Nəbiyevə təşəkkür edib, əməkdaşlığın uğurla davam edəcəyindən danışdı. Bayram münasibəti ilə uşaqları təbrik edib,  uşaqların dünyada hamı üçün əziz olduğunu, uşaqlara qayğı göstərməyin, qorumağın, müdafiə etməyin hər kəsin müqəddəs borcu olduğunu bildirib. Qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir.  

Rəssam, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan tibb xidməti polkovnik leytenantı İsmayılova Sevinc Elimxan qızı çıxışında uşaqların həmişə üzlərinin gülməsini, sağlam, vətənə xeyirli olmalarını arzuladı.

ADRA-nın müəllimi Zinaida Mirzəzadə,  ADPU-nun  müəllimləri Sevinc Hacıyeva, Naibə Vəliyeva, Səyyar Əliyev,  rəssam, həkim Səadət Cəfərova, yeniyetmə  rəssam Süsən Əliyeva çıxışlarında uşaqlara sağlam və xoşbəxt olmağı arzuladılar. 

İştirakçılar üçün "1 İyun" flaşmobu təqdim olunub.

Sərgidə ADİK-nin və ADPK-nin müəllimi, RM ART Studionun  rəhbəri Rəsmiyyə Mahmudova, Talant Art Studionun rəhbərləri Sevinc Kərimova, Leyla Quliyeva, Leyla Fərzəliyeva, Asəf Zeynallı adına musiqi kollecinin müəllimi, sənətşünas, rəssam Rəna Paşayeva,   AlMart Studionun rəhbərləri Mariya Əliyeva, Almaz İdrisova, Asudə Vaxt Mərkəzinin müəllimi Fərəh Babayeva, Fidan Art Studionun rəhbəri Fidan Rüstəmzadə, İST ART Studionun müəllimi Tünzalə Mübariz, İlahə ART Studionun rəhbəri Həyat Şirvanova, müəllimlər Şəms Səttarzadə, Fidan Həmidzadə tələbələri ilə iştirak edirdilər.
Sonda  rəssamlara diplomlar təqdim olundu və xatirə fotoları çəkildi.

Aygün Oqtay, 
Fotolar  Camalındır

 

Avropa.info


Oxunma sayı: 3730

Oxşar yazılar