Rusiya Xankəndidə konsulluq açmaq istəyir

  • 19:06 - 27 May

Rusiya Xankəndidə yaxın vaxtlarda Baş Konsulluğun açılışına hazırlıqda Azərbaycanın dəstəyinə ümid edir.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib

"Mən ikitərəfli məsələlərimiz arasında Xankəndidə Baş Konsulluğun açılmasını qeyd edərdim. Biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və dəstəyinizə ümid edirik", - senator görüş zamanı azərbaycanlı həmkarlarına müraciət edərək bildirib.

Onun sözlərinə görə, bu baş konsulluğun 2024-cü ildə açılması ideal olardı.

"Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək", - Karasin əlavə edib.


Oxunma sayı: 3488

Oxşar yazılar