Rəisinin yerinə keçə biləcək namizədlərin siyahısı

  • 13:41 - 27 May

İranın xəbər agentlikləri və informasiya portalları iyunun 28-də keçiriləcək prezident seçkilərində mümkün namizədlərin siyahılarını tərtib etməyə başlayıb.

Axar.az xəbər verir ki, "Şafaqna" nəşri İranın keçmiş vitse-prezidenti İshaq Cahangirinin prezidentliyə namizəd olacağını yazıb.

Bundan başqa, nəşr Siyasi Məqsəd Şurasının üzvü Məhəmməd Rza Arif, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif, parlament üzvü Məsud Pezeşkian, Mərkəzi Bankın rəhbəri Əbdülnasir Hemmati, Bərabərlik və İnkişaf Partiyasının baş katibi Məhəmməd Bagir Noubəxt, Beynəlxalq Ənənəvi Güləş Federasiyasının rəhbəri Möhsün Mehr-Əlizadə, parlamentin keçmiş rəhbəri Əli Laricani, prezident səlahiyyətlərini icra edən Məhəmməd Müxbir, parlamentin hazırkı rəhbəri Məhəmməd Bagir Qalibaf, keçmiş prezident Mahmud Əhmədinejad, İranın dini rəhbərinin Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Xameneinin müşaviri Qulaməli Həddad Adel, Tehran meri Əlirza Zəkanini də namizəd kimi göstərib.

"Etimad Onlayn" qəzeti isə daha çox ekstravaqant adların yer aldığı siyahısı ilə diqqət çəkib. Siyahıda qadın namizəd də yer alıb: İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Şahinduxt Mövlaverdi, keçmiş iqtisadiyyat naziri Əli Tayibnia, Demokratlar Partiyasının baş katibi Mustafa Kavakebian, Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani, İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei.

Qeyd edək ki, siyahıların heç birinə 85 yaşlı ali lider Əli Xameneinin oğlu Müctəba daxil edilməyib. Baxmayaraq ki, "Politiko" və "Quardian" nəşrləri onu prezidentliyə mümkün namizəd adlandırıb.


Oxunma sayı: 2652

Oxşar yazılar