Evini kirayə verənlərin nəzərinə - Gələn zənglərdə belə sözlər deyilirsə... - DİQQƏT!

  • 16:31 - 22 May

16 rəqəmdən əlavə kart məlumatları verilməklə 19 vətəndaşın - 2100, 200, 1300, 390, 150, 420, 500, 49, 250, 93, 75, 305, 1300, 300, 150, 68, 90, 568, 500 fərqli üsullarla aldadılıb şəxsi kart məlumatları alınmaqla vəsaitləri oğurlanıb.

Avropa.info bildirir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkədə qeyd edib.

"Özünü Aleksey kimi təqdim edən şəxs evini kirayə vermək üçün elan saytında yerləşdirən şəxsə zəng edib. "Evi bəyənirik, xoşumuza gəlir, bank kartınızı verin, kirayə haqqını ödəyək, evi tutmaq istəyirik...". Və vətəndaş 16 rəqəm daxil olmaqla bütün kart məlumatlarını tanımadığı şəxsə verib. Nəticədə kartında olan 4000 manat oğurlanıb. Və bundan başqa 16 rəqəmdən əlavə kart məlumatları verilməklə 19 vətəndaşın - 2100, 200, 1300, 390, 150, 420, 500, 49, 250, 93, 75, 305, 1300, 300, 150, 68, 90, 568, 500 fərqli üsullarla aldadılıb şəxsi kart məlumatları alınmaqla vəsaitləri oğurlanıb."


Oxunma sayı: 5259

Oxşar yazılar