Sabiq nazirə 24 il HƏBS: Həyat yoldaşını öldürdüyü anın görüntüləri ortaya çıxdı - FOTO\VİDEO

  • 10:28 - 14 May

Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev həyat yoldaşını  öldürdüyünə görə 24 il müddətinə azadlıqdan məhrum edilib. 

Avropa.info xəbər verir ki, mart ayında başlayan məhkəmə iclasında Bişimbayevin həyat yoldaşına hücum etdiyi anların görüntüləri yayımlanıb. Bişimbayev əvvəllər rüşvətxorluğa görə 10 il azadlıqdan məhrum edilib, lakin 3 ildən sonra amnistiya və şərti azadlığa buraxılıb. 

Sabiq nazir məhkəmədə günahsız olduğunu bildirib və 31 yaşlı Səltənət Nukənovanın öz xəsarətləri səbəbindən dünyasını dəyişdiyini iddia edib.

 

 


Oxunma sayı: 2630

Oxşar yazılar