Deputat 4 illik fəaliyyət hesabatını təqdim edib - FOTO

  • 12:21 - 04 Mart

Sumqayıt-Xızı seçki dariəsini təmsil edən milllət vəkili Müşfqi Məmmədli   seçildiyi dairədə  4 il  müddətində gördüyü işlər,  vətəndaş qəbulu, vətəndaş müraciətləri və mətbuatda çıxışları, ümumiyyətlə fəaliyyəti ilə bağlı  hesabatı  hazırlayaraq geniş ictimaiyyətə təqdim edib.

Avropa.info-nun məlumatına görə, hesabatda  qeyd olunub  ki, bu müddət ərzində seçicillərdən ümumilikdə 1277 nəfər müraciət alıb. Onlardan 488-i yazılı, 789-u isə şifahi olub. Vətəndaşlar  müraciətləri əsasən səhiyyə, məşğulluq, sosial müdafiə məsələləri, təhsil, məhkəmə və s. məsələlərlə  bağlı  olub.  Hər bir  müraciətə həssaslıqla yanaşılaraq köməklik göstərilməsi üçün aidiyyəti qurumlara göndərilib və ya işçi qaydada əlaqə saxlanılıb. 

Ötən dörd il müddətində müxtəlif media vasitələrində ümumilikdə 14392 münasibət, açıqlama, müsahibə və s. tipli çıxışlar olub. Eyni zamanda Milli Məclisin plenar və komitə iclaslarında  vətəndaşlarımızın  müraciətləri əsasında müxtəlif dövrlərdə təkliflər irəli sürülmüş, qanunvericiliyin daha da təkmilləşdirilməsi yönündə fikirlər səsləndirilib.

Hesabatda, eyni zamanda,  xarici ölkələrə səfərlər və beynəlxalq tədbirlərdə iştirak zamanı keçirilən görüşlərdə Azərbaycanın istənilən məsələ ilə bağlı mövqeyi, yanaşması, maraqları qarşı tərəfin diqqətinə çatdırılıb.  Görüşlərdə eyni zamanda Azərbaycanın sülhsevər ölkə olaraq  bütün dünya ölkələri və beynəlxalq  təşkilatlalrla  beynəlxalq hüquq müstəvisində əməkdaşlıq etməkdə maraqlı olduğu diqqətə çatdırılıb. Beynəlxalq platformalarda həmçinin Azərbaycanın üzləşdiyi problemlər də qarşı tərəfin diqqətinə çatdırılıb. 

Qeyd edək ki, hesabat 10.03.2020 tarixindən 29.02.2024-cü ilədək olan dövrü əhatə edir.

Avropa.info


Oxunma sayı: 10957

Oxşar yazılar