"Azərbaycanla heç kim təhdid dilində danışa bilməz" - AÇIQLAMA

  • 15:51 - 25 Yanvar

"Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq beynəlxalq səviyədə tanınan ərazisi üzərində süverinliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra vaxtilə bu problemin “həllinə” məsul olan təşkilat və bəzi dövlətlərin anlaşılmaz davranışları ilə üz-üzə qalıb. Onlar müxtəlif bəhanələrlə Azərbaycanı nədəsə ittiham etməyə və hətta bəzən daha irəli gedərək təzyiq göstərməyə çalışırlar. Sadə desək, onların bu davranışı sadəcə olaraq başadüşülən deyil. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və regionun indiyə qədər olmadığı qədər sülhə yaxın olduğu vaxtda onlar ermənidən daha çox erməni olmağa çalışırlar. Ermənistanı silahlandırmaqdan tutmuş, hətta bəzi beynəlxalq təşkilatlarda onların adından danışmağa qədər Azərbayacana qarşı hər addımı atırlar".

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, AŞPA-da baş verən son hadisələr də Azərbaycana qarşı oynanılmağa çalışılan növbəti oyununun davamıdır. 

"Amma Azərbaycan parlament diplomatiyası vaxtında düzgün addım ataraq AŞPA-nı mat vəziyətinə qoydu və açıq mesaj verdi. Azərbaycanla heç kim təhdid dilində danışa bilməz, Azərbaycan hər zaman bərabərhüquqlu münasibətlərə açıqdır. Almaniya və Fransanın əlində oyuncağa çevrilən, islamafob bir klub olan AŞPA artıq öz mahiyətini itirib. Vaxtilə Azərbaycan AŞPA-ya üzv olanda bu platformadan Qarabağ probleminin həllinə kömək göstərilməsini gözləyirdi. Ötən illərdə isə bu qurum sadəcə olaraq susdu və heç bir real addım atmadı. 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin huququ heç vaxt müzakirə mövzusu olmadı. AŞPA da status kvonun saxlanılmasında maraqlı oldu", - o qeyd edib.

Deputat  əlavə edib ki, Azərbaycan xalqı müdrik xalqdır: "Müzəffər Ali Baş Komandan ətrafında sıx birləşən xalqımız öz torpaqlarını öz gücünə azad etdi. Xalqımız AŞPA kimi simasız təşkilatları da, bizə dost-qardaş olan dövlətləri də yaxşı tanıdı. Yeri gəlmişkən AŞPA-nın məlum simasızlığından sonra Real partiyasının sədri həddini aşaraq AŞPA-dakı Türkiyə nemayəndə heyətini öz aləmində tənqid etməyə çalışdı. Bəlkə də AŞPA və qərb siyasi dairələri sıx əməkdaşlıq edən bu partiyanın və onun sədrinin bu addımı onun hansısa öhdəliyindən irəli gəlir, onu bilmirəm. Amma onu yaxşı bilirəm ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birilərinin yanında olan, bir-birilərinə dəstək, bir millət iki dövlət olan qardaş ölkələrdir. İlqar Məmmədovun yerində olmayan, cılız sözləri Azərbaycan və Türkiyə arasında pozuculuq fəaliyətidir. Yaxşı olardı ki, İlqar Məmmədov bu ifadələri işlətməmişdən qabaq yaxşı fikirləşərdi. Çünki xalqımız Azərbaycana qarşı qərəz yayan bu tip siyasiləri tarixin zibil qutusuna atmağı bacarır. Ilqar Məmmədovun bu fikirləri qərb dairələri tərəfindən sifariş olsaydı belə o, bir azərbaycanlı olaraq buna getməməli idi. Azərbaycan və Türkiyə qardaşlığı daimidir, əbədidir".


Oxunma sayı: 18833

Oxşar yazılar