"Pərdəarxası diplomatiya": Kreml Ukraynaya görə Qərbə siqnallar göndərir

  • 22:48 - 23 Dekabr

Rusiya vasitəçilər vasitəsilə Qərbə Ukraynadakı vəziyyətlə bağlı danışıqlara, o cümlədən atəşkəslə bağlı danışıqlara hazır olması barədə siqnallar çatdırmağa çalışır.

Avropa.info publika.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri Kremlə yaxın olan iki keçmiş məmura istinadən yazır.

Nəşrin məlumatına görə, Moskva hərbi əməliyyatları dondurmağa hazırdır, lakin eyni zamanda indiki mövqelərində qalır.

Keçmiş yüksək rütbəli rus məmurunun sözlərinə görə, Rusiya "bir metr geri çəkilmək" niyyətində deyil.

Qəzetin mənbəsi bildirir ki, bu cür siqnallar ən azı sentyabr ayından "pərdəarxası diplomatiya" çərçivəsində göndərilir. Eyni zamanda, Ukraynanın belə bir sövdələşməni qəbul edə bilməyəcəyi ilə bağlı qorxular var və Moskvanın münaqişənin bu yolla həlli ideyası yalnız "Kreml tərəfindən çaşdırmaq cəhdi" ola bilər.

Dekabrın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukrayna üzrə sülh danışıqlarının aparılması üçün ilkin şərtləri görmür.


Oxunma sayı: 34849

Oxşar yazılar