Hakan Fidan: "Bütün qəhrəmanlarımızı və şəhidlərimizi rəhmətlə yad edirəm, Qarabağ Azərbaycandır!”

  • 22:31 - 08 Noyabr

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Avropa.info xəbər verir ki, Fidan bu haqda “X” platformasında paylaşımında yazıb.

“Qələbənin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında dinclik tapmağın sevincini yaşayır. 44 günlük dastanabənzər mübarizəni qələbə ilə taclandıran bütün qəhrəmanlarımızı və şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır!”, - deyə nazir əlavə edib.


Oxunma sayı: 14488

Oxşar yazılar