BMT baş katibindən Ərdoğana mühüm görüş TƏKLİFİ

  • 14:36 - 14 Sentyabr

BMT-nin baş katibi Ukrayna prezidenti Vladimir Zelenski, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşləri zamanı Qara Dəniz Taxıl Təşəbbüsü məsələsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Avropa.info  xəbər verir ki, baş katib bunu BMT Baş Assambleyasında Yüksək Səviyyə Həftəsi ərəfəsində jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.

“Bu gün sizə nikbin və ya pessimist olduğumu deyə bilmərəm. Amma mən sizə bir şeyi deyəcəyəm - Qara Dəniz Təşəbbüsünü bərpa etmək və Ukrayna ərzaq məhsullarının ixracını təmin etmək üçün mümkün olan hər şeyi etməyə qərarlıyam”, - Quterreş bildirib.

Baş katib əlavə edib ki, o, sanksiyalar rejimi çərçivəsində Rusiyadan ərzaq və gübrə ixracını təmin etmək üçün də fəaliyyətini davam etdirəcək.

BMT-nin Rusiya-Ukrayna böhranını dayandıra bilməsi ilə bağlı sualı cavablandıran baş katib deyib ki, BMT bu müharibəni Ukraynada başlatmayıb.

“BMT-yə üzv ölkələr məsuliyyəti öz üzərinə götürməli və BMT-ni uğursuzluqlar üçün günah keçisi etməməlidir”, - deyə o bildirib.

Onun sözlərinə görə, BMT və onun Baş katibinin rolu BMT Nizamnaməsini və beynəlxalq hüququ qorumaqdır.

Baş katib sözlərinə görə, BMT “müəyyən şərtlər altında” münaqişə iştirakçılarını və maraqlı tərəfləri fikir ayrılıqlarını aradan qaldıra və həll yolu tapa bilsinlər deyə masaya yığmağa qadirdir.

"Bəzi hallarda, mövqelər bir-birindən çox uzaqda olduqda, bunu etmək çətindir", - BMT rəhbəri əlavə edib. "Ancaq biz səsimizi eşitdirməyə çalışacağıq, [belə bir prosesə] başlamaq üçün vasitəçilik səylərimizdən istifadə edəcəyik", - deyə o yekunlaşdırıb.


Oxunma sayı: 3983

Oxşar yazılar