
Rusiya beynəlxalq futbol turnirlərinə buraxılacaq? - UEFA-dan AÇIQLAMA
- 15:10 - 22 İyun
UEFA rəhbərinin müşaviri Yozef Klement Rusiyanın tezliklə beynəlxalq futbol turnirlərinə buraxılacağına əmin olduğunu bildirib.
Avropa.info xəbər verir ki, o, təşkilatlar arasında əməkdaşlığın, o cümlədən maliyyə dəstəyinin davam etdirildiyini qeyd edib.
“İnanırıq ki, tezliklə biz təkcə funksionerlər səviyyəsində deyil, həm də avrokubok oyunları və Avropa turnirlərində oyunçular səviyyəsində görüşə biləcəyik”, - deyə Kliment bildirib.
“Biz ölkələr arasında körpülər qurmaq istəyirik, onları dağıtmaq yox, çətinliklərin öhdəsindən gəlmək üçün nümunə göstərmək istəyirik”, - deyə idman rəsmisi bildirib.